İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
وَحَدَّثَنَا عَمْرُو بْنُ عَلِىٍّ أَبُو حَفْصٍ قَالَ سَمِعْتُ يَحْيَى بْنَ سَعِيدٍ قَالَ سَأَلْتُ سُفْيَانَ الثَّوْرِىَّ وَشُعْبَةَ وَمَالِكًا وَابْنَ عُيَيْنَةَ عَنِ الرَّجُلِ لاَ يَكُونُ ثَبْتًا فِى الْحَدِيثِ فَيَأْتِينِى الرَّجُلُ فَيَسْأَلُنِى عَنْهُ. قَالُوا أَخْبِرْ عَنْهُ أَنَّهُ لَيْسَ بِثَبْتٍ.
“Rəvayət edilir ki, Yəhya ibn Səid ﵀ demişdir: “Mən Süfyan əs-Sovridən, Şubədən, Malikdən və İbn Uyeynədən soruşdum: “Əgər bir nəfər yanıma gəlib məndən etibarlı olmayan bir ravi barədə soruşarsa, mən necə davranmalıyam?” Hamısı eyni şeyi dedilər: “Soruşan adama onun etibarlı ravi olmadığını xəbər ver”.”
İstinad
Muslim, 38 (Müqəddimə, 38)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi