İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
قَالَ ابْنُ أَبِى عَتَّابٍ فَلَقِيتُ أَنَا مُحَمَّدَ بْنَ يَحْيَى بْنِ سَعِيدٍ الْقَطَّانِ فَسَأَلْتُهُ عَنْهُ فَقَالَ عَنْ أَبِيهِ لَمْ تَرَ أَهْلَ الْخَيْرِ فِى شَىْءٍ أَكْذَبَ مِنْهُمْ فِى الْحَدِيثِ. قَالَ مُسْلِمٌ يَقُولُ يَجْرِى الْكَذِبُ عَلَى لِسَانِهِمْ وَلاَ يَتَعَمَّدُونَ الْكَذِبَ.
“İbn Əbu Attab ﵀ demişdir: “Mən Muhəmməd ibn Yəhya ibn Səid əl-Qattana rast gəldim və ondan bu haqda soruşdum. O, atasının belə dediyini rəvayət etdi: “Sən xeyirxah adamların hədis xüsusunda olduğu qədər başqa bir şeydə yalan danışdığını görməzsən”. Muslim bunu belə izah etmişdir: “Yəhya ibn Səid əl-Qattan demək istəmişdir ki, onlar yalan danışmaq istəmədikləri halda dillərinə yalan gətirirlər”.”
İstinad
Muslim, 45 (Müqəddimə, 45)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi