İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
حَدَّثَنِى الْفَضْلُ بْنُ سَهْلٍ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ أَخْبَرَنِى خَلِيفَةُ بْنُ مُوسَى قَالَ دَخَلْتُ عَلَى غَالِبِ بْنِ عُبَيْدِ اللَّهِ فَجَعَلَ يُمْلِى عَلَىَّ حَدَّثَنِى مَكْحُولٌ حَدَّثَنِى مَكْحُولٌ فَأَخَذَهُ الْبَوْلُ فَقَامَ فَنَظَرْتُ فِى الْكُرَّاسَةِ فَإِذَا فِيهَا حَدَّثَنِى أَبَانٌ عَنْ أَنَسٍ وَأَبَانٌ عَنْ فُلاَنٍ فَتَرَكْتُهُ وَقُمْتُ.
“Rəvayət edilir ki, Xalifə ibn Musa ﵀ demişdir: “Mən Ğalib ibn Ubeydullahın yanına daxil oldum. O mənə: “Məkhul mənə belə rəvayət etmişdir... Məkhul mənə belə rəvayət etmişdir...”, – deyə hədis yazdırmağa başladı. Bu əsnada o, təbii ehtiyacına görə qalxıb ayaqyoluna getdi. Mən də (fürsətdən istifadə edib) onun dəftərinə nəzər saldım. Bir də baxdım ki, orada: “Əban Ənəsdən rəvayət etmişdir... Əban filankəsdən rəvayət etmişdir...” yazılmışdır. Elə bu səbəbdən də mən onu tərk edib getdim”.”
İstinad
Muslim, 46 (Müqəddimə, 46)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi