İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
قَالَ وَسَمِعْتُ الْحَسَنَ بْنَ عَلِىٍّ الْحُلْوَانِىَّ يَقُولُ رَأَيْتُ فِى كِتَابِ عَفَّانَ حَدِيثَ هِشَامٍ أَبِى الْمِقْدَامِ حَدِيثُ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ قَالَ هِشَامٌ حَدَّثَنِى رَجُلٌ يُقَالُ لَهُ يَحْيَى بْنُ فُلاَنٍ عَنْ مُحَمَّدِ بْنِ كَعْبٍ قَالَ قُلْتُ لِعَفَّانَ إِنَّهُمْ يَقُولُونَ هِشَامٌ سَمِعَهُ مِنْ مُحَمَّدِ بْنِ كَعْبٍ. فَقَالَ إِنَّمَا ابْتُلِىَ مِنْ قِبَلِ هَذَا الْحَدِيثِ كَانَ يَقُولُ حَدَّثَنِى يَحْيَى عَنْ مُحَمَّدٍ ثُمَّ ادَّعَى بَعْدُ أَنَّهُ سَمِعَهُ مِنْ مُحَمَّدٍ.
“Həsən ibn Əli əl-Hulvani ﵀ demişdir: “Mən Əffanın kitabında Hişam Əbul-Miqdamın və Ömər ibn Abdul-Əzizin hədislərini gördüm. Hişam demişdir: “Yəhya ibn filankəs adlı birisi mənə Muhəmməd ibn Kəbdən belə rəvayət etmişdir”. Mən Əffana dedim: “Onlar “Hişam bunu Muhəmməd ibn Kəbdən eşitdi”, – deyirlər. Əffan dedi: “O bu hədislə bağlı sorğu-suala çəkilmiş və zəif hesab edilmişdir. O əvvəllər: “Mənə Yəhya Muhəmməddən rəvayət etmişdir”, – deyirdi. Sonra isə onu bilavasitə Muhəmməddən eşitdiyini iddia etməyə başladı”.”
İstinad
Muslim, 47 (Müqəddimə, 47)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi