İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ وَحَجَّاجُ بْنُ الشَّاعِرِ قَالاَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ قَالَ مَعْمَرٌ مَا رَأَيْتُ أَيُّوبَ اغْتَابَ أَحَدًا قَطُّ إِلاَّ عَبْدَ الْكَرِيمِ - يَعْنِى أَبَا أُمَيَّةَ - فَإِنَّهُ ذَكَرَهُ فَقَالَ رَحِمَهُ اللَّهُ كَانَ غَيْرَ ثِقَةٍ لَقَدْ سَأَلَنِى عَنْ حَدِيثٍ لِعِكْرِمَةَ ثُمَّ قَالَ سَمِعْتُ عِكْرِمَةَ.
“Rəvayət edilir ki, Mə'mər ﵀ demişdir: “Mən heç vaxt Əyyubun, Əbu Umeyyə Abdul-Kərimdən başqa heç bir kəsin arxasınca danışdığını görmədim. Əyyub onu xatırlayıb deyərdi: “Allah ona rəhmət eləsin, etibar qazanmış adam deyildi. Məndən İkrimənin hədisini eşitmiş, sonra da: “İkrimədən eşitdim”, – deyə rəvayət etmişdir”.”
İstinad
Muslim, 70 (Müqəddimə, 70)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi