İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
حَدَّثَنِى الْفَضْلُ بْنُ سَهْلٍ قَالَ حَدَّثَنَا عَفَّانُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا هَمَّامٌ قَالَ قَدِمَ عَلَيْنَا أَبُو دَاوُدَ الأَعْمَى فَجَعَلَ يَقُولُ حَدَّثَنَا الْبَرَاءُ قَالَ وَحَدَّثَنَا زَيْدُ بْنُ أَرْقَمَ. فَذَكَرْنَا ذَلِكَ لِقَتَادَةَ فَقَالَ كَذَبَ مَا سَمِعَ مِنْهُمْ إِنَّمَا كَانَ ذَلِكَ سَائِلاً يَتَكَفَّفُ النَّاسَ زَمَنَ طَاعُونِ الْجَارِفِ.
“Rəvayət edilir ki, Həmmam ﵀ demişdir: “Bir dəfə kor Əbu Davud bizim yanımıza gəldi və: “Bizə Bəra rəvayət etmişdir”, “Bizə Zeyd ibn Ərqam rəvayət etmişdir”, – deməyə başladı. Biz bunu Qatədəyə xəbər verdikdə o dedi: “Yalan danışır. O, Bəra və Zeyddən hədis eşitməmişdir. O sadəcə bir dilənçi idi. Çox insanların ölümünə səbəb olan taun zamanında insanlara əl açıb dilənirdi”.”
İstinad
Muslim, 71 (Müqəddimə, 71)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi