Muslimin ﵀ müqəddiməsi

İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri

حَدَّثَنِى عَمْرُو بْنُ عَلِىٍّ أَبُو حَفْصٍ قَالَ سَمِعْتُ مُعَاذَ بْنَ مُعَاذٍ يَقُولُ قُلْتُ لِعَوْفِ بْنِ أَبِى جَمِيلَةَ إِنَّ عَمْرَو بْنَ عُبَيْدٍ حَدَّثَنَا عَنِ الْحَسَنِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ حَمَلَ عَلَيْنَا السِّلاَحَ فَلَيْسَ مِنَّا » قَالَ كَذَبَ وَاللَّهِ عَمْرٌو وَلَكِنَّهُ أَرَادَ أَنْ يَحُوزَهَا إِلَى قَوْلِهِ الْخَبِيثِ.

“Rəvayət edilir ki, Muaz ibn Muaz ﵀ demişdir: “Mən Auf ibn Əbu Cəmiləyə dedim: “Amr ibn Ubeyd bizə Həsən (əl-Bəsridən) Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Bizə qarşı silah qaldıran adam bizdən deyil”. Auf dedi: “Allaha and olsun ki, Amr yalan söyləyir. O, bu hədislə sadəcə öz xəbis etiqadını əsaslandırmaq istəmişdir”.”

Muaz ibn Muaz
Səhih

İstinad

Muslim, 75 (Müqəddimə, 75)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi