Muslimin ﵀ müqəddiməsi

İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ الْقَوَارِيرِىُّ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ كَانَ رَجُلٌ قَدْ لَزِمَ أَيُّوبَ وَسَمِعَ مِنْهُ فَفَقَدَهُ أَيُّوبُ فَقَالُوا يَا أَبَا بَكْرٍ إِنَّهُ قَدْ لَزِمَ عَمْرَو بْنَ عُبَيْدٍ. قَالَ حَمَّادٌ فَبَيْنَا أَنَا يَوْمًا مَعَ أَيُّوبَ وَقَدْ بَكَّرْنَا إِلَى السُّوقِ فَاسْتَقْبَلَهُ الرَّجُلُ فَسَلَّمَ عَلَيْهِ أَيُّوبُ وَسَأَلَهُ ثُمَّ قَالَ لَهُ أَيُّوبُ بَلَغَنِى أَنَّكَ لَزِمْتَ ذَاكَ الرَّجُلَ. قَالَ حَمَّادٌ سَمَّاهُ. يَعْنِى عَمْرًا. قَالَ نَعَمْ يَا أَبَا بَكْرٍ إِنَّهُ يَجِيئُنَا بِأَشْيَاءَ غَرَائِبَ. قَالَ يَقُولُ لَهُ أَيُّوبُ إِنَّمَا نَفِرُّ أَوْ نَفْرَقُ مِنْ تِلْكَ الْغَرَائِبِ.

“Rəvayət edilir ki, Həmmad ibn Zeyd ﵀ demişdir: “Həmişə Əyyubun yanında olan və ondan hədis dinləyən bir adam var idi. Bir gün Əyyub onun məclisdə iştirak etmədiyini görüb onu xəbər aldı. Əyyuba dedilər: “Ey Əbu Bəkr! İndi o, Amr ibn Ubeydlə oturub-durur”. Həmmad dedi: “Bir gün mən Əyyubun yanına düşüb səhər tezdən bazara getdik. Orada bir nəfər onun qarşısına çıxdı. Əyyub ona salam verdi və hal-əhval tutdu. Sonra ona dedi: “Mənə xəbər çatıb ki, sən Amrla oturub-durursan”. O, belə cavab verdi: “Bəli, ey Əbu Bəkr! O, bizə (xoşumuza gələn) qəribə şeylər danışır”. Əyyub ona dedi: “Biz isə elə qəribə şeylərdən qaçırıq”, yaxud “uzaq dururuq”.”

Həmmad ibn Zeyd
Səhih

İstinad

Muslim, 76 (Müqəddimə, 76)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi