İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
وَحَدَّثَنِى حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ حَدَّثَنَا ابْنُ زَيْدٍ - يَعْنِى حَمَّادًا - قَالَ قِيلَ لأَيُّوبَ إِنَّ عَمْرَو بْنَ عُبَيْدٍ رَوَى عَنِ الْحَسَنِ قَالَ لاَ يُجْلَدُ السَّكْرَانُ مِنَ النَّبِيذِ. فَقَالَ كَذَبَ أَنَا سَمِعْتُ الْحَسَنَ يَقُولُ يُجْلَدُ السَّكْرَانُ مِنَ النَّبِيذِ.
“Rəvayət edilir ki, Həmmad ibn Zeyd ﵀ demişdir: “Bir dəfə Əyyuba dedilər: “Amr ibn Ubeyd, Həsən (əl-Bəsridən) hədis rəvayət etmiş (və Həsən): “Nəbizdən sərxoş olan adam şallaqlanmaz”, – demişdir”. Əyyub isə belə cavab verdi: “Amr yalan danışır. Mən Həsənin: “Nəbizdən sərxoş olmuş adama şallaq vurulmalıdır”, - dediyini eşitmişəm”.”
İstinad
Muslim, 77 (Müqəddimə, 77)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi