Muslimin ﵀ müqəddiməsi

İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri

وَحَدَّثَنِى حَجَّاجٌ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ سَمِعْتُ سَلاَّمَ بْنَ أَبِى مُطِيعٍ يَقُولُ بَلَغَ أَيُّوبَ أَنِّى آتِى عَمْرًا فَأَقْبَلَ عَلَىَّ يَوْمًا فَقَالَ أَرَأَيْتَ رَجُلاً لاَ تَأْمَنُهُ عَلَى دِينِهِ كَيْفَ تَأْمَنُهُ عَلَى الْحَدِيثِ

“Rəvayət edilir ki, Səllam ibn Əbu Muti ﵀ demişdir: “Əyyuba xəbər çatmışdı ki, mən Amrın yanına gedib-gəlirəm. Bir gün o, yanıma gəldi və mənə etirazını bildirib dedi: “Bir de görüm, əqidəsindən əmin olmadığın bir adamın rəvayət etdiyi hədisdən axı necə əmin ola bilərsən?””

Səllam ibn Əbu Muti
Səhih

İstinad

Muslim, 78 (Müqəddimə, 78)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi