İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
وَحَدَّثَنَا الْحَسَنُ الْحُلْوَانِىُّ قَالَ سَمِعْتُ يَزِيدَ بْنَ هَارُونَ. وَذَكَرَ زِيَادَ بْنَ مَيْمُونٍ فَقَالَ حَلَفْتُ أَلاَّ أَرْوِىَ عَنْهُ شَيْئًا وَلاَ عَنْ خَالِدِ بْنِ مَحْدُوجٍ. وَقَالَ لَقِيتُ زِيَادَ بْنَ مَيْمُونٍ فَسَأَلْتُهُ عَنْ حَدِيثٍ فَحَدَّثَنِى بِهِ عَنْ بَكْرٍ الْمُزَنِىِّ ثُمَّ عُدْتُ إِلَيْهِ فَحَدَّثَنِى بِهِ عَنْ مُوَرِّقٍ ثُمَّ عُدْتُ إِلَيْهِ فَحَدَّثَنِى بِهِ عَنِ الْحَسَنِ. وَكَانَ يَنْسُبُهُمَا إِلَى الْكَذِبِ. قَالَ الْحُلْوَانِىُّ سَمِعْتُ عَبْدَ الصَّمَدِ وَذَكَرْتُ عِنْدَهُ زِيَادَ بْنَ مَيْمُونٍ فَنَسَبَهُ إِلَى الْكَذِبِ.
“Rəvayət edilir ki, Həsən əl-Hulvani ﵀ demişdir: “Mən Yəzid ibn Harunun, Ziyad ibn Məymunun adını çəkdikdən sonra belə dediyini eşitdim: “Mən ondan və Xalid ibn Məhducdan heç bir şey rəvayət etməyəcəyimə dair and içmişəm”. Həmçinin Yəzid demişdir: “Bir dəfə mən Ziyad ibn Məymuna rast gəldim və ondan bir hədis barəsində soruşdum. O bu hədisi mənə Bəkr əl-Muzənidən rəvayət etdi. Bir müddətdən sonra mən yenə onun yanına gəldim. Bu dəfə o mənə hədisi Muvərriqdən rəvayət etdi. Sonuncu dəfə onun yanına qayıtdıqda hədisi mənə Həsəndən rəvayət etdi”. Yəzid ibn Harun hər ikisinin yalançı olduğunu söyləyərdi. Hulvani deyirdi: “Mən Abdus-Saməddən eşitmişəm. Bir dəfə onun yanında Ziyad ibn Məymunun adını çəkdim. Abdus-Saməd onun yalançı olduğunu bildirdi”.”
İstinad
Muslim, 83 (Müqəddimə, 83)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi