Muslimin ﵀ müqəddiməsi

İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri

وَحَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ قَالَ قُلْتُ لأَبِى دَاوُدَ الطَّيَالِسِىِّ قَدْ أَكْثَرْتَ عَنْ عَبَّادِ بْنِ مَنْصُورٍ فَمَا لَكَ لَمْ تَسْمَعْ مِنْهُ حَدِيثَ الْعَطَّارَةِ الَّذِى رَوَى لَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ قَالَ لِىَ اسْكُتْ فَأَنَا لَقِيتُ زِيَادَ بْنَ مَيْمُونٍ وَعَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ فَسَأَلْنَاهُ فَقُلْنَا لَهُ هَذِهِ الأَحَادِيثُ الَّتِى تَرْوِيهَا عَنْ أَنَسٍ فَقَالَ أَرَأَيْتُمَا رَجُلاً يُذْنِبُ فَيَتُوبُ أَلَيْسَ يَتُوبُ اللَّهُ عَلَيْهِ قَالَ قُلْنَا نَعَمْ. قَالَ مَا سَمِعْتُ مِنْ أَنَسٍ مِنْ ذَا قَلِيلاً وَلاَ كَثِيرًا إِنْ كَانَ لاَ يَعْلَمُ النَّاسُ فَأَنْتُمَا لاَ تَعْلَمَانِ أَنِّى لَمْ أَلْقَ أَنَسًا. قَالَ أَبُو دَاوُدَ فَبَلَغَنَا بَعْدُ أَنَّهُ يَرْوِى فَأَتَيْنَاهُ أَنَا وَعَبْدُ الرَّحْمَنِ فَقَالَ أَتُوبُ. ثُمَّ كَانَ بَعْدُ يُحَدِّثُ. فَتَرَكْنَاهُ.

“Rəvayət edilir ki, Mahmud ibn Ğeylan ﵀ demişdir: “Bir dəfə mən Əbu Davud ət-Tayalisidən soruşdum: “Sən Abbad ibn Mənsurdan neçə-neçə hədis rəvayət etmisən. Bəs nə əcəb Nədr ibn Şumeylin ondan bizə rəvayət etdiyi “ətir satan” hədisini eşitməmisən?” O mənə belə cavab verdi: “Sus! Mən Abdur-Rahmən ibn Mehdi ilə birgə Ziyad ibn Məymunla görüşdük və ondan: “Bu rəvayət etdiyin hədislər Ənəsdəndirmi?”, – deyə soruşduq. O dedi: “Bir deyin görək, əgər bir adam günah işlətdikdən sonra tövbə etsə, Allah onun tövbəsini qəbul etməzmi?” Biz dedik: “Əlbəttə, qəbul edər”. Onda o, belə buyurdu: “Mən bu hədislərdən nə az, nə də çox – heç bir hədisi Ənəsdən eşitməmişəm. Mənim Ənəslə görüşmədiyimi avam adamlar bilmir, siz də bilmirsiniz?!” Əbu Davud deyir: “Bundan sonra bizə xəbər çatdı ki, o yenə həmin hədisləri rəvayət edir. Mən bir daha Abdur-Rahmənlə birlikdə onun yanına gəldim və o yenə: “Tövbə edirəm”, - dedi. Bir müddət keçdikdən sonra o, yenə bu hədisləri rəvayət etməyə başladı. Artıq bundan sonra biz onu tərk etdik”.”

Mahmud ibn Ğeylan
Səhih

İstinad

Muslim, 84 (Müqəddimə, 84)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi