İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
حَدَّثَنَا حَسَنٌ الْحُلْوَانِىُّ قَالَ سَمِعْتُ شَبَابَةَ قَالَ كَانَ عَبْدُ الْقُدُّوسِ يُحَدِّثُنَا فَيَقُولُ سُوَيْدُ بْنُ عَقَلَةَ. قَالَ شَبَابَةُ وَسَمِعْتُ عَبْدَ الْقُدُّوسِ يَقُولُ نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ يُتَّخَذَ الرَّوْحُ عَرْضًا. قَالَ فَقِيلَ لَهُ أَىُّ شَىْءٍ هَذَا قَالَ يَعْنِى تُتَّخَذُ كُوَّةٌ فِى حَائِطٍ لِيَدْخُلَ عَلَيْهِ الرَّوْحُ.
“Rəvayət edilir ki, Həsən əl-Hulvani ﵀ demişdir: “Mən Şəbabənin belə dediyini eşitmişəm: “Abdul-Quddus bizə rəvayət edərdi ki, Suveyd ibn Aqalə belə demişdir...” Şəbabə demişdir: “Mən Abdul-Quddusun belə dediyini eşitdim: “Peyğəmbər ﷺ küləyin ərz edilməsini qadağan etmişdir”. Ondan: “Bu nə deməkdir?”, – deyə soruşulduqda, o, belə cavab vermişdir: “Yəni küləyin girib-çıxması üçün divarda dəlik açmaq”.”
İstinad
Muslim, 85 (Müqəddimə, 85)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi