İslamın rüknlərindən biri sayılan namazların bəyan edilməsi
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدِ بْنِ جَمِيلِ بْنِ طَرِيفِ بْنِ عَبْدِ اللَّهِ الثَّقَفِىُّ عَنْ مَالِكِ بْنِ أَنَسٍ – فِيمَا قُرِئَ عَلَيْهِ – عَنْ أَبِى سُهَيْلٍ عَنْ أَبِيهِ أَنَّهُ سَمِعَ طَلْحَةَ بْنَ عُبَيْدِ اللَّهِ يَقُولُ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ أَهْلِ نَجْدٍ ثَائِرُ الرَّأْسِ نَسْمَعُ دَوِىَّ صَوْتِهِ وَلاَ نَفْقَهُ مَا يَقُولُ حَتَّى دَنَا مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِذَا هُوَ يَسْأَلُ عَنِ الإِسْلاَمِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « خَمْسُ صَلَوَاتٍ فِى الْيَوْمِ وَاللَّيْلَةِ ». فَقَالَ هَلْ عَلَىَّ غَيْرُهُنَّ قَالَ « لاَ. إِلاَّ أَنْ تَطَّوَّعَ وَصِيَامُ شَهْرِ رَمَضَانَ ». فَقَالَ هَلْ عَلَىَّ غَيْرُهُ فَقَالَ « لاَ. إِلاَّ أَنْ تَطَّوَّعَ ». وَذَكَرَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الزَّكَاةَ فَقَالَ هَلْ عَلَىَّ غَيْرُهَا قَالَ « لاَ. إِلاَّ أَنْ تَطَّوَّعَ » قَالَ فَأَدْبَرَ الرَّجُلُ وَهُوَ يَقُولُ وَاللَّهِ لاَ أَزِيدُ عَلَى هَذَا وَلاَ أَنْقُصُ مِنْهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَفْلَحَ إِنْ صَدَقَ ».
“Rəvayət edilir ki, Təlhə ibn Ubeydullah ﵁ demişdir: “Nəcd əhlindən olan, saçları dağınıq bir nəfər Allah Elçisinin ﷺ yanına gəldi. Biz uzaqdan onun gurultulu səsini eşidir, amma nə dediyini anlamırdıq. Nəhayət, o, Allah Elçisinə ﷺ yaxınlaşdıqda bizə aydın oldu ki, o, İslam haqda soruşur. Allah Elçisi ﷺ buyurdu: “Gecə və gündüz olmaqla beş vaxtda namaz qılmalısan”. Adam soruşdu: “Mənə bundan başqası vacib buyurulubmu?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, yalnız müstəhəb olaraq qıldığından başqa. Həmçinin Ramazan ayında oruc tutmalısan”. Adam soruşdu: “Mənə bundan başqası vacib buyurulubmu?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, yalnız müstəhəb olaraq tutduğundan başqa”. Allah Elçisi ﷺ ona zəkatın vacibliyini də bildirdi. Adam soruşdu: “Mənə bundan başqası vacib buyurulubmu?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, yalnız müstəhəb olaraq verdiyindən başqa”. Adam: “Allaha and olsun ki, mən buna heç nə artırmayacağam və bundan heç nə əskiltməyəcəyəm”, - dedi və çevrilib getdi. Allah Elçisi ﷺ buyurdu: “Əgər doğru deyirsə, nicat tapacaq”.”
İstinad
Muslim, 109 (İman, 8)
Səhih Muslim — İman kitabı