İman kitabı

İslamın rüknlərindən biri sayılan namazların bəyan edilməsi

حَدَّثَنِي يَحْيَى بْنُ أَيُّوبَ، وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ، جَمِيعًا عَنْ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ، عَنْ أَبِي سُهَيْلٍ، عَنْ أَبِيهِ، عَنْ طَلْحَةَ بْنِ عُبَيْدِ اللَّهِ، عَنِ النَّبِيِّ صلى الله عليه وسلم بِهَذَا الْحَدِيثِ نَحْوَ حَدِيثِ مَالِكٍ غَيْرَ أَنَّهُ قَالَ فَقَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم « أَفْلَحَ وَأَبِيهِ إِنْ صَدَقَ » . أَوْ « دَخَلَ الْجَنَّةَ وَأَبِيهِ إِنْ صَدَقَ » .

“Yuxarıdakı hədisin eynisidir, lakin bu hədisdə Allah Elçisinin belə buyurduğu rəvayət edilir: “Atasına and olsun ki, əgər sözünə sadiq olarsa, nicat tapacaq” və ya “Atasına and olsun ki, əgər sözünə sadiq olarsa, Cənnətə daxil olacaq!””

Təlhə ibn Ubeydullah
Səhih

Qeyd

Alimlər bu andı belə izah etmişlər: Bu ifadə Allahdan başqasına and içməyin qadağan edilməsindən əvvəl söylənilmişdir. Başqasına and içmək qadağan edildikdən sonra bu cür ifadələr qadağan edilmişdir. Həmçinin ərəb dilində bu cür ifadələr bəzən həqiqi and içmək məqsədilə deyil, sözün təsirini və kəsərini artırmaq üçün işlədilən dil vərdişi, yəni bəlağət cümləsidir. Doğrusunu Allah bilir!

İstinad

Muslim, 110 (İman, 9)

Səhih Muslim — İman kitabı