İman kitabı

Cənnətə aparan imanın, həmçinin əmr olunan şeylərdən möhkəm yapışan kəsin Cənnətə girəcəyinin bəyanı

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ أَخْبَرَنَا أَبُو الأَحْوَصِ ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو الأَحْوَصِ عَنْ أَبِى إِسْحَاقَ عَنْ مُوسَى بْنِ طَلْحَةَ عَنْ أَبِى أَيُّوبَ قَالَ جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ دُلَّنِى عَلَى عَمَلٍ أَعْمَلُهُ يُدْنِينِى مِنَ الْجَنَّةِ وَيُبَاعِدُنِى مِنَ النَّارِ. قَالَ « تَعْبُدُ اللَّهَ لاَ تُشْرِكُ بِهِ شَيْئًا وَتُقِيمُ الصَّلاَةَ وَتُؤْتِى الزَّكَاةَ وَتَصِلُ ذَا رَحِمِكَ » فَلَمَّا أَدْبَرَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنْ تَمَسَّكَ بِمَا أُمِرَ بِهِ دَخَلَ الْجَنَّةَ ». وَفِى رِوَايَةِ ابْنِ أَبِى شَيْبَةَ « إِنْ تَمَسَّكَ بِهِ ».

“Rəvayət edilir ki, Əbu Əyyub ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Məni Cənnətə yaxınlaşdıracaq və oddan uzaqlaşdıracaq bir əməli mənə öyrət ki, onu yerinə yetirim”. Peyğəmbər ﷺ buyurdu: “Bunun üçün gərək Allaha ibadət edəsən və Ona heç bir şeyi şərik qoşmayasan, namaz qılasan, zəkat verəsən və qohum-əqrəbana yaxşılıq edəsən!” Həmin kişi dönüb getdikdən sonra Allah Elçisi ﷺ buyurdu: “Əgər əmr edilənlərdən möhkəm yapışsa, Cənnətə daxil olar”. İbn Əbu Şeybənin rəvayətində deyilir: “Əgər bundan möhkəm yapışsa...”.”

Əbu Əyyub
Səhih

İstinad

Muslim, 115 (İman, 14)

Səhih Muslim — İman kitabı