İman kitabı

Cənnətə aparan imanın, həmçinin əmr olunan şeylərdən möhkəm yapışan kəsin Cənnətə girəcəyinin bəyanı

وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ حَدَّثَنَا عَفَّانُ حَدَّثَنَا وُهَيْبٌ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ أَعْرَابِيًّا جَاءَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ دُلَّنِى عَلَى عَمَلٍ إِذَا عَمِلْتُهُ دَخَلْتُ الْجَنَّةَ. قَالَ « تَعْبُدُ اللَّهَ لاَ تُشْرِكُ بِهِ شَيْئًا وَتُقِيمُ الصَّلاَةَ الْمَكْتُوبَةَ وَتُؤَدِّى الزَّكَاةَ الْمَفْرُوضَةَ وَتَصُومُ رَمَضَانَ ». قَالَ وَالَّذِى نَفْسِى بِيَدِهِ لاَ أَزِيدُ عَلَى هَذَا شَيْئًا أَبَدًا وَلاَ أَنْقُصُ مِنْهُ. فَلَمَّا وَلَّى قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ سَرَّهُ أَنْ يَنْظُرَ إِلَى رَجُلٍ مِنْ أَهْلِ الْجَنَّةِ فَلْيَنْظُرْ إِلَى هَذَا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə bir bədəvi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə elə bir əməl öyrət ki, onu yerinə yetirəcəyim təqdirdə Cənnətə daxil olum”. Peyğəmbər ﷺ buyurdu: “Allaha ibadət et və Ona heç kəsi şərik qoşma, vacib buyurulmuş namazları qıl, vacib buyurulmuş zəkatı ver və Ramazan ayını oruc tut!” Bədəvi dedi: “Canım Əlində olan Allaha and olsun ki, mən heç vaxt buna heç nə artırmayacağam və bundan heç nə əskiltməyəcəyəm”. O gedəndən sonra Peyğəmbər ﷺ buyurdu: “Kim Cənnət əhlindən olan bir adama baxaraq zövq almaq istəyirsə, qoy buna baxsın”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 116 (İman, 15)

Səhih Muslim — İman kitabı