İman kitabı

Cənnətə aparan imanın, həmçinin əmr olunan şeylərdən möhkəm yapışan kəsin Cənnətə girəcəyinin bəyanı

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لأَبِى كُرَيْبٍ - قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى سُفْيَانَ عَنْ جَابِرٍ قَالَ أَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النُّعْمَانُ بْنُ قَوْقَلٍ فَقَالَ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الْمَكْتُوبَةَ وَحَرَّمْتُ الْحَرَامَ وَأَحْلَلْتُ الْحَلاَلَ أَأَدْخُلُ الْجَنَّةَ فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Numan ibn Qavqal Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Bir de görüm, əgər mən vacib buyurulmuş namazları qılsam, haramı haram sayıb ondan uzaq olsam, halalı da halal qəbul etsəm, Cənnətə girə bilərəmmi?” Peyğəmbər ﷺ: “Bəli!”, – deyə cavab verdi”.”

Cabir
Səhih

İstinad

Muslim, 117 (İman, 16)

Səhih Muslim — İman kitabı