İman kitabı

Cənnətə aparan imanın, həmçinin əmr olunan şeylərdən möhkəm yapışan kəsin Cənnətə girəcəyinin bəyanı

وَحَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ حَدَّثَنَا الْحَسَنُ بْنُ أَعْيَنَ حَدَّثَنَا مَعْقِلٌ - وَهُوَ ابْنُ عُبَيْدِ اللَّهِ - عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ وَصُمْتُ رَمَضَانَ وَأَحْلَلْتُ الْحَلاَلَ وَحَرَّمْتُ الْحَرَامَ وَلَمْ أَزِدْ عَلَى ذَلِكَ شَيْئًا أَأَدْخُلُ الْجَنَّةَ قَالَ « نَعَمْ ». قَالَ وَاللَّهِ لاَ أَزِيدُ عَلَى ذَلِكَ شَيْئًا.

“Cabir ﵁ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ soruşdu: “Əgər mən vacib buyurulmuş namazları qılsam, Ramazan ayını oruc tutsam, halalı halal qəbul etsəm, haramı da haram sayıb ondan uzaq olsam və buna heç nə artırmasam, Cənnətə girə bilərəmmi?” Allah Elçisi ﷺ: “Bəli!”, – deyə cavab verdi. Belə olduqda adam dedi: “Allaha and olsun ki, mən buna heç nə artırmayacağam”.”

Cabir
Səhih

İstinad

Muslim, 119 (İman, 18)

Səhih Muslim — İman kitabı