İman kitabı

Peyğəmbərin ﷺ “İslam beş əsas üzərində qurulmuşdur” kəlamı

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ الْهَمْدَانِىُّ حَدَّثَنَا أَبُو خَالِدٍ - يَعْنِى سُلَيْمَانَ بْنَ حَيَّانَ الأَحْمَرَ - عَنْ أَبِى مَالِكٍ الأَشْجَعِىِّ عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « بُنِىَ الإِسْلاَمُ عَلَى خَمْسَةٍ عَلَى أَنْ يُوَحَّدَ اللَّهُ وَإِقَامِ الصَّلاَةِ وَإِيتَاءِ الزَّكَاةِ وَصِيَامِ رَمَضَانَ وَالْحَجِّ ». فَقَالَ رَجُلٌ الْحَجِّ وَصِيَامِ رَمَضَانَ قَالَ لاَ. صِيَامِ رَمَضَانَ وَالْحَجِّ. هَكَذَا سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “İslam beş əsas üzərində qurulmuşdur: tək-Allahlılığı qəbul etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etmək”. Bir nəfər İbn Ömərdən soruşdu: “Məgər bu hədis həcc etmək və Ramazan orucunu tutmaq tərtibi ilə rəvayət edilməmişdirmi?” İbn Ömər dedi: “Xeyr, Ramazan orucunu tutmaq və həcc etmək! Mən hədisi Allah Elçisindən ﷺ bu tərtiblə eşitmişəm”.”

İbn Ömər
Səhih

İstinad

Muslim, 120 (İman, 19)

Səhih Muslim — İman kitabı