Peyğəmbərin ﷺ “İslam beş əsas üzərində qurulmuşdur” kəlamı
وَحَدَّثَنِى ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا حَنْظَلَةُ قَالَ سَمِعْتُ عِكْرِمَةَ بْنَ خَالِدٍ يُحَدِّثُ طَاوُسًا أَنَّ رَجُلاً قَالَ لِعَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَلاَ تَغْزُو فَقَالَ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّ الإِسْلاَمَ بُنِىَ عَلَى خَمْسٍ شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَإِقَامِ الصَّلاَةِ وَإِيتَاءِ الزَّكَاةِ وَصِيَامِ رَمَضَانَ وَحَجِّ الْبَيْتِ ».
“Tavus ﵀ rəvayət edir ki, bir nəfər Abdullah ibn Ömərə dedi: “(Allah yolunda) döyüşməyəcəksənmi?!” İbn Ömər də ona belə cavab verdi: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq məbudun olmadığına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etmək”.”
İstinad
Muslim, 123 (İman, 22)
Səhih Muslim — İman kitabı