Uca Allaha, Onun Elçisinə ﷺ və dinin hökmlərinə iman gətirməyi əmr etmək, dinə dəvət etmək
حَدَّثَنَا خَلَفُ بْنُ هِشَامٍ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَبِى جَمْرَةَ قَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ ح وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى - وَاللَّفْظُ لَهُ - أَخْبَرَنَا عَبَّادُ بْنُ عَبَّادٍ عَنْ أَبِى جَمْرَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَدِمَ وَفْدُ عَبْدِ الْقَيْسِ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا يَا رَسُولَ اللَّهِ إِنَّا هَذَا الْحَىَّ مِنْ رَبِيعَةَ وَقَدْ حَالَتْ بَيْنَنَا وَبَيْنَكَ كُفَّارُ مُضَرَ فَلاَ نَخْلُصُ إِلَيْكَ إِلاَّ فِى شَهْرِ الْحَرَامِ فَمُرْنَا بِأَمْرٍ نَعْمَلُ بِهِ وَنَدْعُو إِلَيْهِ مَنْ وَرَاءَنَا. قَالَ « آمُرُكُمْ بِأَرْبَعٍ وَأَنْهَاكُمْ عَنْ أَرْبَعٍ الإِيمَانِ بِاللَّهِ - ثُمَّ فَسَّرَهَا لَهُمْ فَقَالَ - شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ وَإِقَامِ الصَّلاَةِ وَإِيتَاءِ الزَّكَاةِ وَأَنْ تُؤَدُّوا خُمُسَ مَا غَنِمْتُمْ وَأَنْهَاكُمْ عَنِ الدُّبَّاءِ وَالْحَنْتَمِ وَالنَّقِيرِ وَالْمُقَيَّرِ ». زَادَ خَلَفٌ فِى رِوَايَتِهِ « شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ». وَعَقَدَ وَاحِدَةً.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə Abdul-Qeys qəbiləsinin nümayəndələri Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Ey Allahın Elçisi! Bizim bu camaat Rabia qəbiləsindəndir. Səninlə bizim aramızda Mudar qəbiləsinin kafirləri qalır. Buna görə də biz sənin yanına yalnız haram aylarda gələ bilirik. Bizə elə bir şey əmr et ki, onu həm özümüz yerinə yetirək, həm də geridə qalanlarımıza xəbər verək”. Allah Elçisi ﷺ buyurdu: “Sizə dörd şeyi əmr edirəm və dörd şeyi qadağan edirəm: sizə Allaha iman gətirməyi; Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şahidlik etməyi, namaz qılmağı, zəkat verməyi və qənimətlərin beşdə birini (xums) verməyi (əmr edirəm). Sizə dubbanı, hantəmi, nəqiri, və muqayyəri qadağan edirəm”. Xələf ibn Hişam rəvayətində bunu əlavə etmişdir: “Allahdan başqa ibadətə layiq məbud olmadığına”, - dedi və bir barmağını qatladı”.”
İstinad
Muslim, 124 (İman, 23)
Səhih Muslim — İman kitabı