İman kitabı

Uca Allaha, Onun Elçisinə ﷺ və dinin hökmlərinə iman gətirməyi əmr etmək, dinə dəvət etmək

وَحَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا نَصْرُ بْنُ عَلِىٍّ الْجَهْضَمِىُّ قَالَ أَخْبَرَنِى أَبِى قَالاَ جَمِيعًا حَدَّثَنَا قُرَّةُ بْنُ خَالِدٍ عَنْ أَبِى جَمْرَةَ عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِهَذَا الْحَدِيثِ نَحْوَ حَدِيثِ شُعْبَةَ. وَقَالَ « أَنْهَاكُمْ عَمَّا يُنْبَذُ فِى الدُّبَّاءِ وَالنَّقِيرِ وَالْحَنْتَمِ وَالْمُزَفَّتِ ». وَزَادَ ابْنُ مُعَاذٍ فِى حَدِيثِهِ عَنْ أَبِيهِ قَالَ وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلأَشَجِّ أَشَجِّ عَبْدِ الْقَيْسِ « إِنَّ فِيكَ خَصْلَتَيْنِ يُحِبُّهُمَا اللَّهُ الْحِلْمُ وَالأَنَاةُ ».

“Qurrə ibn Xalid bu hədisi Əbu Cəmradan, o da İbn Abbasdan, o da Peyğəmbərdən ﷺ Şubənin Əbu Cəmradan rəvayət etdiyi hədisə bənzər bir şəkildə rəvayət etmişdir. Bu rəvayətdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mən sizə dubbanın, nəqirin, hantəmin və muzəffətin içində hazırlanan şərabı qadağan edirəm”. İbn Muazın atasından rəvayət etdiyi hədisə bu əlavə var: “Allah Elçisi ﷺ Əşəc Abdul-Qeysə (Munzir ibn Aiz) belə buyurdu: “Səndə iki xislət var ki, Allah onları sevir. Bu, mülayimlik və təmkinli olmaqdır”.”

İbn Abbas
Səhih

İstinad

Muslim, 126 (İman, 25)

Səhih Muslim — İman kitabı