İman kitabı

Uca Allaha, Onun Elçisinə ﷺ və dinin hökmlərinə iman gətirməyi əmr etmək, dinə dəvət etmək

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ حَدَّثَنَا ابْنُ عُلَيَّةَ حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى عَرُوبَةَ عَنْ قَتَادَةَ قَالَ حَدَّثَنَا مَنْ لَقِىَ الْوَفْدَ الَّذِينَ قَدِمُوا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ عَبْدِ الْقَيْسِ. قَالَ سَعِيدٌ وَذَكَرَ قَتَادَةُ أَبَا نَضْرَةَ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ فِى حَدِيثِهِ هَذَا. أَنَّ أُنَاسًا مِنْ عَبْدِ الْقَيْسِ قَدِمُوا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا يَا نَبِىَّ اللَّهِ إِنَّا حَىٌّ مِنْ رَبِيعَةَ وَبَيْنَنَا وَبَيْنَكَ كُفَّارُ مُضَرَ وَلاَ نَقْدِرُ عَلَيْكَ إِلاَّ فِى أَشْهُرِ الْحُرُمِ فَمُرْنَا بِأَمْرٍ نَأْمُرُ بِهِ مَنْ وَرَاءَنَا وَنَدْخُلُ بِهِ الْجَنَّةَ إِذَا نَحْنُ أَخَذْنَا بِهِ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « آمُرُكُمْ بِأَرْبَعٍ وَأَنْهَاكُمْ عَنْ أَرْبَعٍ اعْبُدُوا اللَّهَ وَلاَ تُشْرِكُوا بِهِ شَيْئًا وَأَقِيمُوا الصَّلاَةَ وَآتُوا الزَّكَاةَ وَصُومُوا رَمَضَانَ وَأَعْطُوا الْخُمُسَ مِنَ الْغَنَائِمِ وَأَنْهَاكُمْ عَنْ أَرْبَعٍ عَنِ الدُّبَّاءِ وَالْحَنْتَمِ وَالْمُزَفَّتِ وَالنَّقِيرِ ». قَالُوا يَا نَبِىَّ اللَّهِ مَا عِلْمُكَ بِالنَّقِيرِ قَالَ « بَلَى جِذْعٌ تَنْقُرُونَهُ فَتَقْذِفُونَ فِيهِ مِنَ الْقُطَيْعَاءِ - قَالَ سَعِيدٌ أَوْ قَالَ مِنَ التَّمْرِ - ثُمَّ تَصُبُّونَ فِيهِ مِنَ الْمَاءِ حَتَّى إِذَا سَكَنَ غَلَيَانُهُ شَرِبْتُمُوهُ حَتَّى إِنَّ أَحَدَكُمْ - أَوْ إِنَّ أَحَدَهُمْ - لَيَضْرِبُ ابْنَ عَمِّهِ بِالسَّيْفِ ». قَالَ وَفِى الْقَوْمِ رَجُلٌ أَصَابَتْهُ جِرَاحَةٌ كَذَلِكَ. قَالَ وَكُنْتُ أَخْبَأُهَا حَيَاءً مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ فَفِيمَ نَشْرَبُ يَا رَسُولَ اللَّهِ قَالَ « فِى أَسْقِيَةِ الأَدَمِ الَّتِى يُلاَثُ عَلَى أَفْوَاهِهَا ». قَالُوا يَا رَسُولَ اللَّهِ إِنَّ أَرْضَنَا كَثِيرَةُ الْجِرْذَانِ وَلاَ تَبْقَى بِهَا أَسْقِيَةُ الأَدَمِ. فَقَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَإِنْ أَكَلَتْهَا الْجِرْذَانُ وَإِنْ أَكَلَتْهَا الْجِرْذَانُ وَإِنْ أَكَلَتْهَا الْجِرْذَانُ ». قَالَ وَقَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَشَجِّ عَبْدِ الْقَيْسِ « إِنَّ فِيكَ لَخَصْلَتَيْنِ يُحِبُّهُمَا اللَّهُ الْحِلْمُ وَالأَنَاةُ ».

“Rəvayət edilir ki, Qatədə ﵁ demişdir: “Abdul-Qeys qəbiləsindən Allah Elçisinin ﷺ yanına gələn nümayəndələr arasında olanlardan biri bizə bunları rəvayət etmişdir”. Əbu Səid əl-Xudri demişdir: “Abdul-Qeys qəbiləsindən olan bir dəstə adam Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Ey Allahın peyğəmbəri! Biz Rabia qəbiləsindənik. Səninlə bizim aramızda Mudar qəbiləsinin kafirləri var. Buna görə də biz sənin yanına yalnız haram aylarda gələ bilirik. Bizə elə bir şey əmr et ki, onu geridə qalanlarımıza xəbər verək və ona əməl edəcəyimiz təqdirdə Cənnətlik olaq”. Allah Elçisi ﷺ buyurdu: “Sizə dörd şeyi əmr edirəm və dörd şeyi qadağan edirəm: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, namaz qılın, zəkat verin, Ramazan ayını oruc tutun və (əldə etdiyiniz) qənimətlərin beşdə birini verin. Sizə dörd şeyi – dubbanı, hantəmi, muzəffəti və nəqiri qadağan edirəm”. Onlar: “Ey Allahın peyğəmbəri, nəqir haqda nə bilirsən?” Allah Elçisi ﷺ buyurdu: “Bəli! Bu bir kötükdür ki, siz onda oyuq açıb içinə quteya, yaxud quru xurmalar atırsınız, sonra da üstünə su tökürsünüz. Nəhayət, onun qıcqırması dayandıqdan sonra ondan içirsiniz. Beləcə, iş o yerə çatır ki, biriniz (sərxoş olaraq) öz əmisi oğlunu qılıncdan keçirir”. Əbu Səid dedi: “Camaat arasında belə bir hadisə ilə üzləşmiş (və ayağından) yara almış bir adam var idi. Bu adam deyirdi: “Mən utandığımdan yaranı Allah Elçisindən ﷺ gizlədirdim”. Mən soruşdum: “Bəs nədə içək, ey Allahın Elçisi?” O dedi: “Ağızları iplə bağlanan tuluqlarda”. Gələn adamlar dedilər: “Ey Allahın Elçisi! Bizim ərazilərimiz siçovulla doludur. Onların əlindən dəri qablar salamat qalmır”. Allahın peyğəmbəri ﷺ buyurdu: “Siçovullar onları yesələr də, siçovullar onları yesələr də, siçovullar onları yesələr də!” Sonra Allahın peyğəmbəri ﷺ Əşəc Abdul-Qeysə dedi: “Səndə iki xislət var ki, Allah onları sevir. Bu, mülayimlik və təmkinli olmaqdır”.”

Qatədə
Səhih

İstinad

Muslim, 127 (İman, 26)

Səhih Muslim — İman kitabı