Uca Allaha, Onun Elçisinə ﷺ və dinin hökmlərinə iman gətirməyi əmr etmək, dinə dəvət etmək
حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنْ سَعِيدٍ عَنْ قَتَادَةَ قَالَ حَدَّثَنِى غَيْرُ وَاحِدٍ لَقِىَ ذَاكَ الْوَفْدَ. وَذَكَرَ أَبَا نَضْرَةَ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ وَفْدَ عَبْدِ الْقَيْسِ لَمَّا قَدِمُوا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِ حَدِيثِ ابْنِ عُلَيَّةَ غَيْرَ أَنَّ فِيهِ « وَتَذِيفُونَ فِيهِ مِنَ الْقُطَيْعَاءِ أَوِ التَّمْرِ وَالْمَاءِ ». وَلَمْ يَقُلْ قَالَ سَعِيدٌ أَوْ قَالَ مِنَ التَّمْرِ.
“Rəvayət edilir ki, Qatədə ﵀ demişdir: “O heyətdə olanlardan bir çoxları bu hədisi mənə rəvayət etmişdir”, – demiş və Əbu Nədranın Əbu Səid əl-Xudridən rəvayət etdiyi: “Abdul-Qeys qəbiləsinin nümayəndələri Allah Elçisinin ﷺ yanına gəldikdə...” hədisini İbn Uleyyənin rəvayət etdiyi kimi rəvayət etmişdir. Ancaq bu hədisdə: “Onun içində quteya və ya xurma ilə suyu qarışdırırsınız” deyilir. Bu hədisdə: “Əbu Səid dedi: “Yaxud xurma qatırsınız” qeyd edilməmişdir”.”
İstinad
Muslim, 128 (İman, 27)
Səhih Muslim — İman kitabı