Uca Allaha, Onun Elçisinə ﷺ və dinin hökmlərinə iman gətirməyi əmr etmək, dinə dəvət etmək
حَدَّثَنِى مُحَمَّدُ بْنُ بَكَّارٍ الْبَصْرِىُّ حَدَّثَنَا أَبُو عَاصِمٍ عَنِ ابْنِ جُرَيْجٍ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى أَبُو قَزَعَةَ أَنَّ أَبَا نَضْرَةَ أَخْبَرَهُ وَحَسَنًا أَخْبَرَهُمَا أَنَّ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ أَخْبَرَهُ أَنَّ وَفْدَ عَبْدِ الْقَيْسِ لَمَّا أَتَوْا نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا نَبِىَّ اللَّهِ جَعَلَنَا اللَّهُ فِدَاءَكَ مَاذَا يَصْلُحُ لَنَا مِنَ الأَشْرِبَةِ فَقَالَ « لاَ تَشْرَبُوا فِى النَّقِيرِ ». قَالُوا يَا نَبِىَّ اللَّهِ جَعَلَنَا اللَّهُ فِدَاءَكَ أَوَتَدْرِى مَا النَّقِيرُ قَالَ « نَعَمِ الْجِذْعُ يُنْقَرُ وَسَطُهُ وَلاَ فِى الدُّبَّاءِ وَلاَ فِى الْحَنْتَمَةِ وَعَلَيْكُمْ بِالْمُوكَى ».
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Abdul-Qeys qəbiləsinin nümayəndələri Allahın Peyğəmbərinin ﷺ yanına gəldikləri vaxt dedilər: “Ey Allahın Peyğəmbəri! Allah bizi sənə fəda eləsin, içiləcək şeylərdən bizə nələri məsləhət görürsən?” Allah Elçisi ﷺ buyurdu: “Nəqirdə içməyin!” Onlar soruşdular: “Ey Allahın peyğəmbəri! Allah bizi sənə fəda eləsin, nəqirin nə olduğunu bilirsənmi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, bu, ortasında oyuq açılmış bir kötükdür, həmçinin dubbada və hantəmdə içməyin. Ancaq ağzı iplə bağlanan (dəri) qablardan istifadə edin!””
İstinad
Muslim, 129 (İman, 28)
Səhih Muslim — İman kitabı