Şəhadət kəlməsinə və İslam qaydalarına dəvət etmək
حَدَّثَنَا أُمَيَّةُ بْنُ بِسْطَامَ الْعَيْشِىُّ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ حَدَّثَنَا رَوْحٌ - وَهُوَ ابْنُ الْقَاسِمِ - عَنْ إِسْمَاعِيلَ بْنِ أُمَيَّةَ عَنْ يَحْيَى بْنِ عَبْدِ اللَّهِ بْنِ صَيْفِىٍّ عَنْ أَبِى مَعْبَدٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا بَعَثَ مُعَاذًا إِلَى الْيَمَنِ قَالَ « إِنَّكَ تَقْدَمُ عَلَى قَوْمٍ أَهْلِ كِتَابٍ فَلْيَكُنْ أَوَّلَ مَا تَدْعُوهُمْ إِلَيْهِ عِبَادَةُ اللَّهِ عَزَّ وَجَلَّ فَإِذَا عَرَفُوا اللَّهَ فَأَخْبِرْهُمْ أَنَّ اللَّهَ فَرَضَ عَلَيْهِمْ خَمْسَ صَلَوَاتٍ فِى يَوْمِهِمْ وَلَيْلَتِهِمْ فَإِذَا فَعَلُوا فَأَخْبِرْهُمْ أَنَّ اللَّهَ قَدْ فَرَضَ عَلَيْهِمْ زَكَاةً تُؤْخَذُ مِنْ أَغْنِيَائِهِمْ فَتُرَدُّ عَلَى فُقَرَائِهِمْ فَإِذَا أَطَاعُوا بِهَا فَخُذْ مِنْهُمْ وَتَوَقَّ كَرَائِمَ أَمْوَالِهِمْ ».
“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Muazı Yəmənə göndərərkən ona belə demişdir: “Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. Elə isə ilk əvvəl onları İzzətli və Qüdrətli Allaha ibadət etməyə dəvət et. Əgər Allahı tanısalar, onlara xəbər ver ki, Allah onlara gecə-gündüz beş vaxt namaz qılmağı vacib etmişdir. Əgər buna əməl etsələr, onları xəbərdar et ki, Allah onlara zəkat verməyi – varlılarından götürülüb kasıblarına paylanılmağı vacib etmişdir. Buna itaət etsələr, (zəkatı) onlardan götür, lakin insanların mallarının ən qiymətlisini götürməkdən çəkin!””
İstinad
Muslim, 132 (İman, 31)
Səhih Muslim — İman kitabı