İman kitabı

İnsanlar: “Lə iləhə illəllah, Muhəmmədun Rasulullah” deyincəyə qədər onlara qarşı vuruşmağın əmr edilməsi

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثُ بْنُ سَعْدٍ عَنْ عُقَيْلٍ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ لَمَّا تُوُفِّىَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاسْتُخْلِفَ أَبُو بَكْرٍ بَعْدَهُ وَكَفَرَ مَنْ كَفَرَ مِنَ الْعَرَبِ قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ لأَبِى بَكْرٍ كَيْفَ تُقَاتِلُ النَّاسَ وَقَدْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَمَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَقَدْ عَصَمَ مِنِّى مَالَهُ وَنَفْسَهُ إِلاَّ بِحَقِّهِ وَحِسَابُهُ عَلَى اللَّهِ ». فَقَالَ أَبُو بَكْرٍ وَاللَّهِ لأُقَاتِلَنَّ مَنْ فَرَّقَ بَيْنَ الصَّلاَةِ وَالزَّكَاةِ فَإِنَّ الزَّكَاةَ حَقُّ الْمَالِ وَاللَّهِ لَوْ مَنَعُونِى عِقَالاً كَانُوا يُؤَدُّونَهُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَى مَنْعِهِ. فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ فَوَاللَّهِ مَا هُوَ إِلاَّ أَنْ رَأَيْتُ اللَّهَ عَزَّ وَجَلَّ قَدْ شَرَحَ صَدْرَ أَبِى بَكْرٍ لِلْقِتَالِ فَعَرَفْتُ أَنَّهُ الْحَقُّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinin ﷺ vəfatından sonra Əbu Bəkr xəlifə seçildikdə və ərəblərdən bəziləri küfr etdikdə Ömər ibn əl-Xattab Əbu Bəkrə dedi: “Allah Elçisi ﷺ: “İnsanlar “lə iləhə illəllah” deyincəyə qədər onlara qarşı vuruşmaq mənə əmr edildi. Ona görə kim: “Lə iləhə illəllah” desə – İslam haqqı istisna olmaqla – canını və malını məndən qorumuş olar. Onun (gizli saxladıqlarının) haqq-hesabı isə Uca Allaha aiddir”, – buyurduğu halda sən nə deyib onlarla vuruşacaqsan?!” Əbu Bəkr dedi: “Allaha and olsun! Mən namazla zəkatı bir-birindən ayıran hər bir kəslə vuruşacağam. Çünki zəkat malın haqqıdır. Allaha and olsun! Əgər onlar Allah Elçisinə ﷺ verdikləri zəkatı məndən əsirgəsələr, buna görə onlarla hökmən vuruşacağam”. Ömər ibn əl-Xattab dedi: “Allaha and olsun ki, mən Allahın ﷿ Əbu Bəkrin köksünü bu döyüş üçün açıb genişləndirdiyinə şahid oldum və bunun haqq olduğunu başa düşdüm”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 133 (İman, 32)

Səhih Muslim — İman kitabı