İmanın əvvəli “Lə iləhə illəllah” kəlməsidir
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبَّادٍ وَابْنُ أَبِى عُمَرَ قَالاَ حَدَّثَنَا مَرْوَانُ عَنْ يَزِيدَ - وَهُوَ ابْنُ كَيْسَانَ - عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِعَمِّهِ عِنْدَ الْمَوْتِ « قُلْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ لَكَ بِهَا يَوْمَ الْقِيَامَةِ ». فَأَبَى فَأَنْزَلَ اللَّهُ {إِنَّكَ لاَ تَهْدِى مَنْ أَحْبَبْتَ} الآيَةَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ əmisinə ölüm ayağında ikən: “Lə iləhə illəllah” de ki, Qiyamət günü sənin (dediyinə) şahidlik edim”, – demiş, o isə bundan imtina etmişdir. Onda Allah bu ayəni nazil etmişdir: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır”. (əl-Qasas, 56)”.”
İstinad
Muslim, 143 (İman, 42)
Səhih Muslim — İman kitabı