İman kitabı

İmanın əvvəli “Lə iləhə illəllah” kəlməsidir

حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ مَيْمُونٍ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ حَدَّثَنَا يَزِيدُ بْنُ كَيْسَانَ عَنْ أَبِى حَازِمٍ الأَشْجَعِىِّ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِعَمِّهِ « قُلْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ لَكَ بِهَا يَوْمَ الْقِيَامَةِ ». قَالَ لَوْلاَ أَنْ تُعَيِّرَنِى قُرَيْشٌ يَقُولُونَ إِنَّمَا حَمَلَهُ عَلَى ذَلِكَ الْجَزَعُ لأَقْرَرْتُ بِهَا عَيْنَكَ فَأَنْزَلَ اللَّهُ {إِنَّكَ لاَ تَهْدِى مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللَّهَ يَهْدِى مَنْ يَشَاء}.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ əmisinə belə buyurdu: “Lə iləhə illəllah” de ki, Qiyamət günü sənin (dediyinə) şahidlik edim”. Əmisi isə belə cavab verdi: “Qureyşlilərin mənə eyib tutmaları və barəmdə: “(İradəsinin) zəif olması onu bu sözü deməyə sövq etmişdir” demələri olmasaydı, bu kəlməni təsdiqləməklə səni sevindirərdim”. Onda Allah bu ayəni nazil etdi: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir” (əl-Qasas, 56)”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 144 (İman, 43)

Səhih Muslim — İman kitabı