İçində şübhə olmayan imanı olanın Allahla qarşılaşdıqda onun Cənnətə girməsi və Cəhənnəmin ona haram olması
حَدَّثَنَا هَدَّابُ بْنُ خَالِدٍ الأَزْدِىُّ حَدَّثَنَا هَمَّامٌ حَدَّثَنَا قَتَادَةُ حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ كُنْتُ رِدْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْسَ بَيْنِى وَبَيْنَهُ إِلاَّ مُؤْخِرَةُ الرَّحْلِ فَقَالَ « يَا مُعَاذَ بْنَ جَبَلٍ ». قُلْتُ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. ثُمَّ سَارَ سَاعَةً ثُمَّ قَالَ « يَا مُعَاذَ بْنَ جَبَلٍ ». قُلْتُ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. ثُمَّ سَارَ سَاعَةَ ثُمَّ قَالَ « يَا مُعَاذَ بْنَ جَبَلٍ ». قُلْتُ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. قَالَ « هَلْ تَدْرِى مَا حَقُّ اللَّهِ عَلَى الْعِبَادِ ». قَالَ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « فَإِنَّ حَقَّ اللَّهِ عَلَى الْعِبَادِ أَنْ يَعْبُدُوهُ وَلاَ يُشْرِكُوا بِهِ شَيْئًا ». ثُمَّ سَارَ سَاعَةً ثُمَّ قَالَ « يَا مُعَاذَ بْنَ جَبَلٍ ». قُلْتُ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. قَالَ « هَلْ تَدْرِى مَا حَقُّ الْعِبَادِ عَلَى اللَّهِ إِذَا فَعَلُوا ذَلِكَ ». قَالَ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « أَنْ لاَ يُعَذِّبَهُمْ ».
“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Bir dəfə mən Peyğəmbərlə ﷺ birlikdə onun mindiyi heyvanın tərkində idim. Mənimlə onun arasında yəhərin söykənəcəyindən başqa heç nə yox idi. Peyğəmbər ﷺ məni: “Ey Muaz ibn Cəbəl!”, – deyə çağırdı. Mən dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” Bir az getdikdən sonra o, yenə: “Ey Muaz ibn Cəbəl!”, – deyə məni çağırdı. Mən dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” Bir qədər getdikdən sonra o, yenə: “Ey Muaz ibn Cəbəl!”, – deyə məni çağırdı. Mən dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” O dedi: “Bilirsənmi, Allahın qulları üzərindəki haqqı nədir?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir!” O buyurdu: “Allahın qulları üzərindəki haqqı, qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır”. Bir qədər getdikdən sonra yenə: “Ey Muaz ibn Cəbəl!”, – deyə məni çağırdı. Mən dedim: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!” O dedi: “Bilirsənmi, qulları bunu yerinə yetirəcəkləri təqdirdə onların Allah üzərindəki haqqı nədir?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir!” O buyurdu: “(Ona heç nəyi şərik qoşmayan) qullarına əzab verməməsidir”.”
İstinad
Muslim, 152 (İman, 51)
Səhih Muslim — İman kitabı