İman kitabı

İçində şübhə olmayan imanı olanın Allahla qarşılaşdıqda onun Cənnətə girməsi və Cəhənnəmin ona haram olması

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو الأَحْوَصِ سَلاَّمُ بْنُ سُلَيْمٍ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ كُنْتُ رِدْفَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى حِمَارٍ يُقَالُ لَهُ عُفَيْرٌ قَالَ فَقَالَ « يَا مُعَاذُ تَدْرِى مَا حَقُّ اللَّهِ عَلَى الْعِبَادِ وَمَا حَقُّ الْعِبَادِ عَلَى اللَّهِ ». قَالَ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « فَإِنَّ حَقَّ اللَّهِ عَلَى الْعِبَادِ أَنْ يَعْبُدُوا اللَّهَ وَلاَ يُشْرِكُوا بِهِ شَيْئًا وَحَقُّ الْعِبَادِ عَلَى اللَّهِ عَزَّ وَجَلَّ أَنْ لاَ يُعَذِّبَ مَنْ لاَ يُشْرِكُ بِهِ شَيْئًا ». قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ أَفَلاَ أُبَشِّرُ النَّاسَ قَالَ « لاَ تُبَشِّرْهُمْ فَيَتَّكِلُوا ».

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Mən Ufeyr adlı uzunqulağın üstündə Allah Elçisinin ﷺ tərkində idim. Allah Elçisi ﷺ buyurdu: “Ey Muaz, bilirsənmi, Allahın bəndələri üzərindəki haqqı və bəndələrin da Allah üzərindəki haqqı nədir?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir!” O buyurdu: “Allahın bəndələrin üzərindəki haqqı bəndələrin Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır. Qulların Allah ﷿ üzərindəki haqqı isə Ona heç bir şeyi şərik qoşmayan bəndələrinə əzab verməməsidir”. Mən dedim: “Ey Allahın Elçisi, bu xəbərlə camaatı müjdələyimmi?” O buyurdu: “Xeyr, müjdələmə, yoxsa onlar arxayınlaşacaqlar”.”

Muaz ibn Cəbəl
Səhih

İstinad

Muslim, 153 (İman, 52)

Səhih Muslim — İman kitabı