İman kitabı

İçində şübhə olmayan imanı olanın Allahla qarşılaşdıqda onun Cənnətə girməsi və Cəhənnəmin ona haram olması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى حَصِينٍ وَالأَشْعَثِ بْنِ سُلَيْمٍ أَنَّهُمَا سَمِعَا الأَسْوَدَ بْنَ هِلاَلٍ يُحَدِّثُ عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا مُعَاذُ أَتَدْرِى مَا حَقُّ اللَّهِ عَلَى الْعِبَادِ ». قَالَ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « أَنْ يُعْبَدَ اللَّهُ وَلاَ يُشْرَكَ بِهِ شَىْءٌ - قَالَ - أَتَدْرِى مَا حَقُّهُمْ عَلَيْهِ إِذَا فَعَلُوا ذَلِكَ ». فَقَالَ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « أَنْ لاَ يُعَذِّبَهُمْ ».

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ buyurdu: “Ey Muaz, bilirsənmi, Allahın qulları üzərindəki haqqı nədir?” Mən dedim: “Allah və Onun Eçisi daha yaxşı bilir!” O buyurdu: “(Bu) onun Allaha ibadət edib heç kəsi Ona şərik qoşmamasıdır”. Sonra buyurdu: “Bilirsənmi, qulları bunu yerinə yetirəcəkləri təqdirdə onların Allah üzərindəki haqqı nə olur?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir!” O buyurdu: “(Ona heç bir şeyi şərik qoşmayan) qullarına əzab verməməsidir”.”

Muaz ibn Cəbəl
Səhih

İstinad

Muslim, 154 (İman, 53)

Səhih Muslim — İman kitabı