İman kitabı

İçində şübhə olmayan imanı olanın Allahla qarşılaşdıqda onun Cənnətə girməsi və Cəhənnəmin ona haram olması

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ الْحَنَفِىُّ حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ قَالَ حَدَّثَنِى أَبُو كَثِيرٍ قَالَ حَدَّثَنِى أَبُو هُرَيْرَةَ قَالَ كُنَّا قُعُودًا حَوْلَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَعَنَا أَبُو بَكْرٍ وَعُمَرُ فِى نَفَرٍ فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ بَيْنِ أَظْهُرِنَا فَأَبْطَأَ عَلَيْنَا وَخَشِينَا أَنْ يُقْتَطَعَ دُونَنَا وَفَزِعْنَا فَقُمْنَا فَكُنْتُ أَوَّلَ مَنْ فَزِعَ فَخَرَجْتُ أَبْتَغِى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَتَيْتُ حَائِطًا لِلأَنْصَارِ لِبَنِى النَّجَّارِ فَدُرْتُ بِهِ هَلْ أَجِدُ لَهُ بَابًا فَلَمْ أَجِدْ فَإِذَا رَبِيعٌ يَدْخُلُ فِى جَوْفِ حَائِطٍ مِنْ بِئْرٍ خَارِجَةٍ - وَالرَّبِيعُ الْجَدْوَلُ - فَاحْتَفَزْتُ كَمَا يَحْتَفِزُ الثَّعْلَبُ فَدَخَلْتُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَبُو هُرَيْرَةَ ». فَقُلْتُ نَعَمْ يَا رَسُولَ اللَّهِ. قَالَ « مَا شَأْنُكَ ». قُلْتُ كُنْتَ بَيْنَ أَظْهُرِنَا فَقُمْتَ فَأَبْطَأْتَ عَلَيْنَا فَخَشِينَا أَنْ تُقْتَطَعَ دُونَنَا فَفَزِعْنَا فَكُنْتُ أَوَّلَ مَنْ فَزِعَ فَأَتَيْتُ هَذَا الْحَائِطَ فَاحْتَفَزْتُ كَمَا يَحْتَفِزُ الثَّعْلَبُ وَهَؤُلاَءِ النَّاسُ وَرَائِى فَقَالَ « يَا أَبَا هُرَيْرَةَ ». وَأَعْطَانِى نَعْلَيْهِ قَالَ « اذْهَبْ بِنَعْلَىَّ هَاتَيْنِ فَمَنْ لَقِيتَ مِنْ وَرَاءِ هَذَا الْحَائِطِ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ فَبَشِّرْهُ بِالْجَنَّةِ » فَكَانَ أَوَّلَ مَنْ لَقِيتُ عُمَرُ فَقَالَ مَا هَاتَانِ النَّعْلاَنِ يَا أَبَا هُرَيْرَةَ. فَقُلْتُ هَاتَانِ نَعْلاَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَنِى بِهِمَا مَنْ لَقِيتُ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ بَشَّرْتُهُ بِالْجَنَّةِ. فَضَرَبَ عُمَرُ بِيَدِهِ بَيْنَ ثَدْيَىَّ فَخَرَرْتُ لاِسْتِى فَقَالَ ارْجِعْ يَا أَبَا هُرَيْرَةَ فَرَجَعْتُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَجْهَشْتُ بُكَاءً وَرَكِبَنِى عُمَرُ فَإِذَا هُوَ عَلَى أَثَرِى فَقَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَا لَكَ يَا أَبَا هُرَيْرَةَ ». قُلْتُ لَقِيتُ عُمَرَ فَأَخْبَرْتُهُ بِالَّذِى بَعَثْتَنِى بِهِ فَضَرَبَ بَيْنَ ثَدْيَىَّ ضَرْبَةً خَرَرْتُ لاِسْتِى قَالَ ارْجِعْ. فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا عُمَرُ مَا حَمَلَكَ عَلَى مَا فَعَلْتَ ». قَالَ يَا رَسُولَ اللَّهِ بِأَبِى أَنْتَ وَأُمِّى أَبَعَثْتَ أَبَا هُرَيْرَةَ بِنَعْلَيْكَ مَنْ لَقِىَ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُسْتَيْقِنًا بِهَا قَلْبُهُ بَشَّرَهُ بِالْجَنَّةِ. قَالَ « نَعَمْ ». قَالَ فَلاَ تَفْعَلْ فَإِنِّى أَخْشَى أَنْ يَتَّكِلَ النَّاسُ عَلَيْهَا فَخَلِّهِمْ يَعْمَلُونَ. قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَخَلِّهِمْ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə biz bir dəstə adamla Allah Elçisinin ﷺ ətrafında oturmuşduq. Əbu Bəkr və Ömər də bizim yanımızda idi. Bu vaxt Allah Elçisi ﷺ aramızdan durub getdi və geri qayıtdıqda bir qədər ləngidi. Biz onun başına bir iş gələcəyindən qorxub təşvişə düşdük və hamımız ayağa qalxdıq. Hamıdan əvvəl mən narahat oldum və ayağa durub onu axtarmağa getdim. Ənsardan olan Bəni Nəccar tayfasının bostanına gəldim. Bostanın ətrafına hərləndim ki, bəlkə bir qapı tapıb oraya girim, amma tapa bilmədim. Bir də gördüm ki, çöldəki su quyusundan bostanın içinə bir arx gedir. Mən yerə yatıb tülkü kimi sürünərək Allah Elçisinin ﷺ yanına gəldim. Allah Elçisi ﷺ dedi: “Əbu Hureyradır?” Mən dedim: “Bəli, ey Allahın Elçisi!” O soruşdu: “Sənə nə olub?” Mən dedim: “Sən aramızdan qalxıb getdin və bir qədər ləngidin deyə, başına bir iş gələcəyindən qorxub təşvişə düşdük. Hamıdan əvvəl mən narahat oldum, qalxıb bu bostana gəldim və yerə yatıb tülkü kimi sürünərək bura daxil oldum. Oradakı camaat da arxamca gəlir”. Peyğəmbər ﷺ: “Ey Əbu Hureyra!”, – deyib səndəllərini mənə verdi və buyurdu: “Götür, apar bu səndəllərimi! Bu bostanın çölündə Allahdan başqa ibadətə layiq məbudun olmadığına şahidlik gətirən və buna yəqinliklə inanan kəsə rast gəlsən, onu Cənnətlə müjdələ”. Mənim ilk rast gəldiyim adam Ömər oldu. O soruşdu: “Bu nə səndəllərdir, ey Əbu Hureyra?” Mən dedim: “Bu, Allah Elçisinin ﷺ səndəlləridir. Bunları mənə verərək göndərib ki, Allahdan başqa ibadətə layiq məbudun olmadığına şahidlik gətirən və buna yəqinliklə inanan hər kəsi Cənnətlə müjdələyim”. Bunu eşidəndə Ömər sinəmə bir zərbə vurdu və mən arxası üstə yerə dəydim. Sonra mənə: “Geri dön, ey Əbu Hureyra!”, – dedi. Mən də Allah Elçisinin ﷺ yanına qayıtdım. Mən az qala ağlayacaqdım. Ömər də arxamca gəlirdi. Allah Elçisi ﷺ məndən soruşdu: “Sənə nə olub, ey Əbu Hureyra?” Mən dedim: “Mən Ömərə rast gəldim və sənin mənə tapşırdığını ona xəbər verdim. Buna rəğmən, o mənim sinəmə bir zərbə vurdu və mən arxası üstə yerə dəydim. Sonra mənə: “Geri dön!”, – dedi”. Allah Elçisi ﷺ ondan soruşdu: “Ey Ömər, bunu etməyə səni nə vadar etdi?” Ömər dedi: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Doğrudanmı, sən səndəllərini Əbu Hureyraya verib göndərmisən ki, Allahdan başqa ibadətə layiq məbudun olmadığına şahidlik gətirən və buna yəqinliklə inanan hər kəsi Cənnətlə müjdələsin?” Allah Elçisi ﷺ: “Bəli”, – deyə cavab verdi. Ömər dedi: “Belə etmə! Düzü, mən insanların buna arxayın olacağından qorxuram. Burax onları, yaxşı işlər görməyə çalışsınlar”. Allah Elçisi ﷺ buyurdu: “Yaxşı, qoy çalışsınlar!””

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 156 (İman, 55)

Səhih Muslim — İman kitabı