İman kitabı

İçində şübhə olmayan imanı olanın Allahla qarşılaşdıqda onun Cənnətə girməsi və Cəhənnəmin ona haram olması

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ أَخْبَرَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمُعَاذُ بْنُ جَبَلٍ رَدِيفُهُ عَلَى الرَّحْلِ قَالَ « يَا مُعَاذُ ». قَالَ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. قَالَ « يَا مُعَاذُ ». قَالَ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. قَالَ « يَا مُعَاذُ ». قَالَ لَبَّيْكَ رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ. قَالَ « مَا مِنْ عَبْدٍ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ إِلاَّ حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ ». قَالَ يَا رَسُولَ اللَّهِ أَفَلاَ أُخْبِرُ بِهَا النَّاسَ فَيَسْتَبْشِرُوا قَالَ « إِذًا يَتَّكِلُوا » فَأَخْبَرَ بِهَا مُعَاذٌ عِنْدَ مَوْتِهِ تَأَثُّمًا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Muaz ibn Cəbəl Allahın Peyğəmbərinin ﷺ tərkində ikən Peyğəmbər ﷺ: “Ey Muaz!”, – deyə (onu) çağırdı. Muaz: “Buyur, ey Allahın Elçisi, əmrinə müntəzirəm”, – deyə cavab verdi. O yenə: “Ey Muaz!”, – deyə çağırdı. Muaz: “Buyur, ey Allahın Elçisi, əmrinə müntəzirəm”, – deyə cavab verdi. O bir daha: “Ey Muaz!”, – deyə çağırdı. Muaz yenə: “Buyur, ey Allahın Elçisi, əmrinə müntəzirəm”, – deyə cavab verdi. Allah Elçisi ﷺ buyurdu: “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun qulu və elçisi olduğuna şahidlik edən hər bir bəndəyə Allah Cəhənnəm odunu haram etmişdir”. Muaz dedi: “Ey Allahın Elçisi, bunu insanlara sevinmələri üçün xəbər verim?” Peyğəmbər ﷺ buyurdu: “Belə etsən, onlar arxayınlaşacaqlar”. Muaz ölüm ayağında ikən, (elmi gizlətməyin) günah olduğundan qorxub bunu camaata xəbər vermişdir”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Muslim, 157 (İman, 56)

Səhih Muslim — İman kitabı