İman kitabı

Qonşuya və qonağa qayğı göstərməyə həvəsləndirmək, xeyir söyləmək istisna olmaqla susmağın vacib olması və bütün bunların imandan olması

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَمُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ - قَالَ ابْنُ نُمَيْرٍ حَدَّثَنَا سُفْيَانُ - عَنْ عَمْرٍو أَنَّهُ سَمِعَ نَافِعَ بْنَ جُبَيْرٍ يُخْبِرُ عَنْ أَبِى شُرَيْحٍ الْخُزَاعِىِّ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَلْيُحْسِنْ إِلَى جَارِهِ وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَسْكُتْ ».

“Əbu Şureyh əl-Xuzai ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Allaha və Axirət gününə inanırsa, qonşusu ilə yaxşı rəftar etsin. Kim Allaha və Axirət gününə inanırsa, qonağına yaxşı baxsın. Kim Allaha və Axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun”.”

Əbu Şureyh əl-Xuzai
Səhih

İstinad

Muslim, 185 (İman, 84)

Səhih Muslim — İman kitabı