İman kitabı

Pis işləri qadağan etməyin imandan olmasının, imanın artıb azalmasının, həmçinin yaxşı işləri əmr etməyin və pis işlərdən çəkindirməyin vacib olmasının bəyanı

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ كِلاَهُمَا عَنْ قَيْسِ بْنِ مُسْلِمٍ عَنْ طَارِقِ بْنِ شِهَابٍ - وَهَذَا حَدِيثُ أَبِى بَكْرٍ - قَالَ أَوَّلُ مَنْ بَدَأَ بِالْخُطْبَةِ يَوْمَ الْعِيدِ قَبْلَ الصَّلاَةِ مَرْوَانُ فَقَامَ إِلَيْهِ رَجُلٌ فَقَالَ الصَّلاَةُ قَبْلَ الْخُطْبَةِ. فَقَالَ قَدْ تُرِكَ مَا هُنَالِكَ. فَقَالَ أَبُو سَعِيدٍ أَمَّا هَذَا فَقَدْ قَضَى مَا عَلَيْهِ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ رَأَى مِنْكُمْ مُنْكَرًا فَلْيُغَيِّرْهُ بِيَدِهِ فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِلِسَانِهِ فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلْبِهِ وَذَلِكَ أَضْعَفُ الإِيمَانِ ».

“Rəvayət edilir ki, Tariq ibn Şihab ﵀ demişdir: “Bayram günü xütbəni namazdan əvvəl oxuyan ilk şəxs Mərvan olmuşdur. O belə etdikdə bir nəfər ayağa qalxıb ona etirazını bildirərək dedi: “Namaz xütbədən öncə olmalıdır”. Mərvan dedi: “Bu, artıq tərk olunmuşdur”. Bunu eşidəndə Əbu Səid dedi: “(Etiraz edən) bu adam öz öhdəsinə düşəni yerinə yetirdi. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sizdən biriniz günah edildiyini görsə, bunu əli ilə düzəltsin, bacarmasa, dili ilə düzəltsin, bunu da bacarmasa, qəlbi ilə (buna nifrət etsin), bu da imanın ən zəifidir”.”

Tariq ibn Şihab
Səhih

İstinad

Muslim, 186 (İman, 85)

Səhih Muslim — İman kitabı