Günah əməllərlə imanın azalmasının və günaha batan kimsənin kamil iman sahibi olmayacağının bəyan edilməsi
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - يَعْنِى الدَّرَاوَرْدِىَّ - عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كُلُّ هَؤُلاَءِ بِمِثْلِ حَدِيثِ الزُّهْرِىِّ غَيْرَ أَنَّ الْعَلاَءَ وَصَفْوَانَ بْنَ سُلَيْمٍ لَيْسَ فِى حَدِيثِهِمَا « يَرْفَعُ النَّاسُ إِلَيْهِ فِيهَا أَبْصَارَهُمْ ». وَفِى حَدِيثِ هَمَّامٍ « يَرْفَعُ إِلَيْهِ الْمُؤْمِنُونَ أَعْيُنَهُمْ فِيهَا وَهُوَ حِينَ يَنْتَهِبُهَا مُؤْمِنٌ ». وَزَادَ « وَلاَ يَغُلُّ أَحَدُكُمْ حِينَ يَغُلُّ وَهُوَ مُؤْمِنٌ فَإِيَّاكُمْ إِيَّاكُمْ ».
“Alə ibn Abdur-Rahmənin və Səfvan ibn Suleymin rəvayətlərində: “Camaatın gözü önündə”, Həmmamın rəvayətində isə: “Möminlərin gözləri önündə (birinin dəyərli bir şeyini zor gücünə götürən adam) onu götürdüyü vaxt mömin sayıla bilməz” sözləri qeyd olunmamışdır. Bu hədisdə: “Sizdən (əmanətə) xəyanət edən bir kəs xəyanət etdiyi vaxt mömin sayıla bilməz. Odur ki, belə şeydən uzaq durun, uzaq!” sözləri əlavə edilmişdir.”
İstinad
Muslim, 216 (İman, 115)
Səhih Muslim — İman kitabı