Günah əməllərlə imanın azalmasının və günaha batan kimsənin kamil iman sahibi olmayacağının bəyan edilməsi
حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنْ شُعْبَةَ عَنْ سُلَيْمَانَ عَنْ ذَكْوَانَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ يَزْنِى الزَّانِى حِينَ يَزْنِى وَهُوَ مُؤْمِنٌ وَلاَ يَسْرِقُ حِينَ يَسْرِقُ وَهُوَ مُؤْمِنٌ وَلاَ يَشْرَبُ الْخَمْرَ حِينَ يَشْرَبُهَا وَهُوَ مُؤْمِنٌ وَالتَّوْبَةُ مَعْرُوضَةٌ بَعْدُ ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Zina edən adam zina etdiyi vaxt mömin sayıla bilməz. (Oğurluq edən adam) oğurluq etdiyi vaxt mömin sayıla bilməz. (Şərab içən adam) şərab içdiyi vaxt mömin sayıla bilməz. Bundan sonrakı tövbə isə qəbul olunmuş sayılır”.”
İstinad
Muslim, 217 (İman, 116)
Səhih Muslim — İman kitabı