İman kitabı

Bilərəkdən öz atasından imtina edənin imanının nə dərəcədə olduğunun bəyanı

حَدَّثَنِى عَمْرٌو النَّاقِدُ حَدَّثَنَا هُشَيْمُ بْنُ بَشِيرٍ أَخْبَرَنَا خَالِدٌ عَنْ أَبِى عُثْمَانَ قَالَ لَمَّا ادُّعِىَ زِيَادٌ لَقِيتُ أَبَا بَكْرَةَ فَقُلْتُ لَهُ مَا هَذَا الَّذِى صَنَعْتُمْ إِنِّى سَمِعْتُ سَعْدَ بْنَ أَبِى وَقَّاصٍ يَقُولُ سَمِعَ أُذُنَاىَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَقُولُ « مَنِ ادَّعَى أَبًا فِى الإِسْلاَمِ غَيْرَ أَبِيهِ يَعْلَمُ أَنَّهُ غَيْرُ أَبِيهِ فَالْجَنَّةُ عَلَيْهِ حَرَامٌ ». فَقَالَ أَبُو بَكْرَةَ وَأَنَا سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Osman ﵀ demişdir: “Ziyada yad bir nəsəb aid edildikdə mən Əbu Bəkratə ilə görüşdüm və ona: “Sizin tutduğunuz bu nə əməldir?! Mən Səd ibn Əbu Vəqqasın belə dediyini eşitmişəm: “Mən öz qulaqlarımla Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim müsəlman ola-ola, üstəlik atalığının öz atası olmadığını bilə-bilə başqasının oğlu olduğunu iddia edərsə, Cənnət ona haram edilər”. Əbu Bəkratə dedi: “Mən də bu hədisi Allah Elçisindən ﷺ eşitmişəm”.”

Əbu Osman
Səhih

İstinad

Muslim, 228 (İman, 127)

Səhih Muslim — İman kitabı