Bilərəkdən öz atasından imtina edənin imanının nə dərəcədə olduğunun bəyanı
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا يَحْيَى بْنُ زَكَرِيَّاءَ بْنِ أَبِى زَائِدَةَ وَأَبُو مُعَاوِيَةَ عَنْ عَاصِمٍ عَنْ أَبِى عُثْمَانَ عَنْ سَعْدٍ وَأَبِى بَكْرَةَ كِلاَهُمَا يَقُولُ سَمِعَتْهُ أُذُنَاىَ وَوَعَاهُ قَلْبِى مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنِ ادَّعَى إِلَى غَيْرِ أَبِيهِ وَهُوَ يَعْلَمُ أَنَّهُ غَيْرُ أَبِيهِ فَالْجَنَّةُ عَلَيْهِ حَرَامٌ ».
“Rəvayət edilir ki, Səd və Əbu Bəkratə ﵄ ikisi də belə demişlər: “Mən Muhəmmədin ﷺ belə dediyini bu iki qulağımla eşitmişəm və onu qəlbimə yerləşdirmişəm: “Kim bilərəkdən özgə bir adamın öz atası olduğunu iddia edərsə, Cənnət ona haram edilər”.”
İstinad
Muslim, 229 (İman, 128)
Səhih Muslim — İman kitabı