“Bizə filan ulduz sayəsində yağış yağdı” deyən kəsin küfr etməsinin bəyanı
وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ سَلَمَةَ الْمُرَادِىُّ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ح وَحَدَّثَنِى عَمْرُو بْنُ سَوَّادٍ أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ أَخْبَرَنَا عَمْرُو بْنُ الْحَارِثِ أَنَّ أَبَا يُونُسَ مَوْلَى أَبِى هُرَيْرَةَ حَدَّثَهُ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ بَرَكَةٍ إِلاَّ أَصْبَحَ فَرِيقٌ مِنَ النَّاسِ بِهَا كَافِرِينَ يُنْزِلُ اللَّهُ الْغَيْثَ فَيَقُولُونَ الْكَوْكَبُ كَذَا وَكَذَا » وَفِى حَدِيثِ الْمُرَادِىِّ « بِكَوْكَبِ كَذَا وَكَذَا ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah nə vaxt göydən bərəkət endirmişdirsə, insanlardan bir qismi bu nemətə nankorluq etmişdir. Allah yağış endirir, insanlar isə: “(Yağışı) filan və filan ulduz endirir”, – deyirlər”. Ravi Muradinin rəvayətində deyilir: “Filan və filan ulduz sayəsində (yağış yağır)”.”
İstinad
Muslim, 242 (İman, 141)
Səhih Muslim — İman kitabı