“Bizə filan ulduz sayəsində yağış yağdı” deyən kəsin küfr etməsinin bəyanı
وَحَدَّثَنِى عَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِىُّ حَدَّثَنَا النَّضْرُ بْنُ مُحَمَّدٍ حَدَّثَنَا عِكْرِمَةُ - وَهُوَ ابْنُ عَمَّارٍ - حَدَّثَنَا أَبُو زُمَيْلٍ قَالَ حَدَّثَنِى ابْنُ عَبَّاسٍ قَالَ مُطِرَ النَّاسُ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَصْبَحَ مِنَ النَّاسِ شَاكِرٌ وَمِنْهُمْ كَافِرٌ قَالُوا هَذِهِ رَحْمَةُ اللَّهِ. وَقَالَ بَعْضُهُمْ لَقَدْ صَدَقَ نَوْءُ كَذَا وَكَذَا ». قَالَ فَنَزَلَتْ هَذِهِ الآيَةُ {فَلاَ أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ} حَتَّى بَلَغَ {وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ}.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbərin ﷺ dövründə insanlara yağış yağdı və Peyğəmbər ﷺ buyurdu: “Bu gün insanlardan kimisi şükür edən, kimisi də kafir (bəndə) oldu! Bəziləri dedilər: “Bu yağış Allahın rəhmətidir!” Bəziləri də dedilər: “Filan və filan ulduzun ehtimalı doğru çıxdı!” Beləcə bu ayələr nazil oldu: “Ulduzların batdığı yerlərə and olsun! Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz. Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan kitabdadır (Lövhi-məhfuzdadır). Ona yalnız pak olanlar toxunur. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Siz bu kəlamı yalan sayırsınız?! Sizə verilən ruziyə şükür etməyi onu yalan saymaqla yerinə yetirirsiniz?!” (əl-Vaqiə, 75-82)”.”
İstinad
Muslim, 243 (İman, 142)
Səhih Muslim — İman kitabı