İman kitabı

Allaha şərik qoşmağın ən pis günah olması və ondan sonra hansı günahın ən böyük olmasının bəyanı

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا جَرِيرٌ وَقَالَ عُثْمَانُ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ عَنْ عَمْرِو بْنِ شُرَحْبِيلَ عَنْ عَبْدِ اللَّهِ قَالَ سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَىُّ الذَّنْبِ أَعْظَمُ عِنْدَ اللَّهِ قَالَ « أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ ». قَالَ قُلْتُ لَهُ إِنَّ ذَلِكَ لَعَظِيمٌ. قَالَ قُلْتُ ثُمَّ أَىٌّ قَالَ « ثُمَّ أَنْ تَقْتُلَ وَلَدَكَ مَخَافَةَ أَنْ يَطْعَمَ مَعَكَ ». قَالَ قُلْتُ ثُمَّ أَىٌّ قَالَ « ثُمَّ أَنْ تُزَانِىَ حَلِيلَةَ جَارِكَ ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Bir dəfə mən Allah Elçisindən ﷺ soruşdum: “Hansı günah Allah yanında ən böyük günah sayılır?” O buyurdu: “Allah səni yaratdığı halda (başqasını) Ona tay tutmağın!” Mən ona: “Doğrudan da, bu, böyük günahdır”, – dedim, sonra yenə soruşdum: “Sonra hansıdır?” O buyurdu: “Övladının səninlə birlikdə yemək yeyəcəyindən qorxub onu öldürməyin!” Mən soruşdum: “Sonra hansıdır?” O buyurdu: “Qonşunun zövcəsi ilə zina etməyin!””

Abdullah
Səhih

İstinad

Muslim, 267 (İman, 166)

Səhih Muslim — İman kitabı