İman kitabı

Allaha şərik qoşmağın ən pis günah olması və ondan sonra hansı günahın ən böyük olmasının bəyanı

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ جَمِيعًا عَنْ جَرِيرٍ قَالَ عُثْمَانُ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى وَائِلٍ عَنْ عَمْرِو بْنِ شُرَحْبِيلَ قَالَ قَالَ عَبْدُ اللَّهِ قَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ أَىُّ الذَّنْبِ أَكْبَرُ عِنْدَ اللَّهِ قَالَ « أَنْ تَدْعُوَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ ». قَالَ ثُمَّ أَىٌّ قَالَ « أَنْ تَقْتُلَ وَلَدَكَ مَخَافَةَ أَنْ يَطْعَمَ مَعَكَ ». قَالَ ثُمَّ أَىٌّ قَالَ « أَنْ تُزَانِىَ حَلِيلَةَ جَارِكَ » فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ تَصْدِيقَهَا {وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلاَ يَقْتُلُونَ النَّفْسَ الَّتِى حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ وَلاَ يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا} .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Bir nəfər soruşdu: “Ey Allanın Elçisi, hansı günah Allah yanında ən böyük günah sayılır?” O buyurdu: “Allah səni yaratdığı halda (başqasını) Ona tay tutmağın!” Adam soruşdu: “Sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Övladının səninlə birlikdə yemək yeyəcəyindən qorxub onu öldürməyin!” O yenə soruşdu: “Sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qonşunun zövcəsi ilə zina etməyin!” Allah ﷿ da buna təsdiq olaraq bu ayəni nazil etdi: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar”. (əl-Furqan, 68)”.”

Abdullah
Səhih

İstinad

Muslim, 268 (İman, 167)

Səhih Muslim — İman kitabı