Böyük günahların və bunların ən böyüyünün bəyanı
حَدَّثَنِى هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى سُلَيْمَانُ بْنُ بِلاَلٍ عَنْ ثَوْرِ بْنِ زَيْدٍ عَنْ أَبِى الْغَيْثِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اجْتَنِبُوا السَّبْعَ الْمُوبِقَاتِ ». قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا هُنَّ قَالَ « الشِّرْكُ بِاللَّهِ وَالسِّحْرُ وَقَتْلُ النَّفْسِ الَّتِى حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ وَأَكْلُ مَالِ الْيَتِيمِ وَأَكْلُ الرِّبَا وَالتَّوَلِّى يَوْمَ الزَّحْفِ وَقَذْفُ الْمُحْصَنَاتِ الْغَافِلاَتِ الْمُؤْمِنَاتِ ».
“Əbu Hureyra ﷺ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həlakedici yeddi günahdan çəkinin!” Ondan soruşuldu: “Ey Allahın Elçisi, onlar nədir?” Allah Elçisi ﷺ buyurdu: “Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, yetimin malını yemək, sələm yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu mömin qadınları zinada ittiham etmək”.”
İstinad
Muslim, 272 (İman, 171)
Səhih Muslim — İman kitabı