İman kitabı

Böyük günahların və bunların ən böyüyünün bəyanı

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا اللَّيْثُ عَنِ ابْنِ الْهَادِ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مِنَ الْكَبَائِرِ شَتْمُ الرَّجُلِ وَالِدَيْهِ ». قَالُوا يَا رَسُولَ اللَّهِ هَلْ يَشْتِمُ الرَّجُلُ وَالِدَيْهِ قَالَ « نَعَمْ يَسُبُّ أَبَا الرَّجُلِ فَيَسُبُّ أَبَاهُ وَيَسُبُّ أُمَّهُ فَيَسُبُّ أُمَّهُ ».

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir adamın öz valideynlərini söyməsi böyük günahlardandır”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, heç adam da öz valideynini söyərmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, adam birinin atasını söyür, o da (dönüb) onun atasını söyür, birinin anasını söyür, o da (dönüb) onun anasını söyür”.”

Abdullah ibn Amr ibn əl-As
Səhih

İstinad

Muslim, 273 (İman, 172)

Səhih Muslim — İman kitabı