Kim Allaha şərik qoşmayıb ölərsə, Cənnətə girər. Kim də Allaha şərik qoşduğu halda ölərsə, Cəhənnəmə girər
حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ وَأَحْمَدُ بْنُ خِرَاشٍ قَالاَ حَدَّثَنَا عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنِى حُسَيْنٌ الْمُعَلِّمُ عَنِ ابْنِ بُرَيْدَةَ أَنَّ يَحْيَى بْنَ يَعْمَرَ حَدَّثَهُ أَنَّ أَبَا الأَسْوَدِ الدِّيلِىَّ حَدَّثَهُ أَنَّ أَبَا ذَرٍّ حَدَّثَهُ قَالَ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ نَائِمٌ عَلَيْهِ ثَوْبٌ أَبْيَضُ ثُمَّ أَتَيْتُهُ فَإِذَا هُوَ نَائِمٌ ثُمَّ أَتَيْتُهُ وَقَدِ اسْتَيْقَظَ فَجَلَسْتُ إِلَيْهِ فَقَالَ « مَا مِنْ عَبْدٍ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ثُمَّ مَاتَ عَلَى ذَلِكَ إِلاَّ دَخَلَ الْجَنَّةَ ». قُلْتُ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ قَالَ « وَإِنْ زَنَى وَإِنْ سَرَقَ ». قُلْتُ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ قَالَ « وَإِنْ زَنَى وَإِنْ سَرَقَ ». ثَلاَثًا ثُمَّ قَالَ فِى الرَّابِعَةِ « عَلَى رَغْمِ أَنْفِ أَبِى ذَرٍّ » قَالَ فَخَرَجَ أَبُو ذَرٍّ وَهُوَ يَقُولُ وَإِنْ رَغِمَ أَنْفُ أَبِى ذَرٍّ.
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ yanına gəldim. Həmin vaxt o, üstünə ağ örtük sərib yatmışdı. Mən dönüb getdim və bir müddətdən sonra yenə onun yanına gəldim. O, hələ də yatmışdı. Mən yenə dönüb getdim və bir müddətdən sonra bir də onun yanına gəldim. Artıq o, oyanmışdı. Mən onun yanında oturdum və o mənə belə buyurdu: “Lə iləhə illəllah” deyən və (qəlbən) bunu təsdiqləyərək ölən hər bir bəndə Cənnətə mütləq girəcək”. Mən soruşdum: “Zina etsə, oğurluq etsə belə?” O dedi: “Zina etsə, oğurluq etsə belə”. Mən yenə soruşdum: “Zina etsə, oğurluq etsə belə?” O dedi: “Zina etsə, oğurluq etsə belə”. Mən bu sualı üç dəfə təkrar etdim və hər dəfə eyni cavabı aldım. Sonra dördüncü dəfə dedi: “Əbu Zərrin xoşuna gəlməsə belə”. Əbu Əsvəd deyir: “Əbu Zərr Peyğəmbərin ﷺ yanından çıxarkən öz-özünə deyirdi: “Əbu Zərrin xoşuna gəlməsə belə”.”
İstinad
Muslim, 283 (İman, 182)
Səhih Muslim — İman kitabı