İman kitabı

Kafir “lə iləhə illəllah” deyəndən sonra onu öldürməyin haram olması

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ - وَاللَّفْظُ مُتَقَارِبٌ - أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَدِىِّ بْنِ الْخِيَارِ عَنِ الْمِقْدَادِ بْنِ الأَسْوَدِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ إِنْ لَقِيتُ رَجُلاً مِنَ الْكُفَّارِ فَقَاتَلَنِى فَضَرَبَ إِحْدَى يَدَىَّ بِالسَّيْفِ فَقَطَعَهَا. ثُمَّ لاَذَ مِنِّى بِشَجَرَةٍ فَقَالَ أَسْلَمْتُ لِلَّهِ. أَفَأَقْتُلُهُ يَا رَسُولَ اللَّهِ بَعْدَ أَنْ قَالَهَا قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقْتُلْهُ ». قَالَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّهُ قَدْ قَطَعَ يَدِى ثُمَّ قَالَ ذَلِكَ بَعْدَ أَنْ قَطَعَهَا أَفَأَقْتُلُهُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقْتُلْهُ فَإِنْ قَتَلْتَهُ فَإِنَّهُ بِمَنْزِلَتِكَ قَبْلَ أَنْ تَقْتُلَهُ وَإِنَّكَ بِمَنْزِلَتِهِ قَبْلَ أَنْ يَقُولَ كَلِمَتَهُ الَّتِى قَالَ ».

“Rəvayət edilir ki, Miqdad ibn əl-Əsvəd ﵁ demişdir: “Bir dəfə mən Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi, de görüm, əgər mən döyüşdə kafirlərdən biri ilə üz-üzə gəlib onunla vuruşsam, o, qılıncla vurub mənim bir əlimi kəssə, sonra da canını məndən qurtarmaq üçün ağaca qalxıb: “Allaha təslim oluram!”, – desə, bu sözü dedikdən sonra mən onu öldürə bilərəm, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Sən onu öldürməməlisən!” Mən dedim: “Ey Allahın Elçisi! O mənim bir əlimi kəsmiş və bu sözü ancaq əlimi kəsdikdən sonra demişdir. Belə olduqda mən onu öldürə bilmərəm?” Allah Elçisi ﷺ buyurdu: “Sən onu öldürməməlisən, çünki əgər sən onu öldürsən, onun halı, sənin onu öldürməmişdən əvvəlki halın kimi olacaq. Sənin halın isə, onun bu sözü deməmişdən əvvəlki halı kimi olacaq”.”

Miqdad ibn əl-Əsvəd
Səhih

İstinad

Muslim, 284 (İman, 183)

Səhih Muslim — İman kitabı