İman kitabı

Kafir “lə iləhə illəllah” deyəndən sonra onu öldürməyin haram olması

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِى مُعَاوِيَةَ كِلاَهُمَا عَنِ الأَعْمَشِ عَنْ أَبِى ظِبْيَانَ عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ وَهَذَا حَدِيثُ ابْنِ أَبِى شَيْبَةَ قَالَ بَعَثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَرِيَّةٍ فَصَبَّحْنَا الْحُرَقَاتِ مِنْ جُهَيْنَةَ فَأَدْرَكْتُ رَجُلاً فَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَطَعَنْتُهُ فَوَقَعَ فِى نَفْسِى مِنْ ذَلِكَ فَذَكَرْتُهُ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَقَتَلْتَهُ ». قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّمَا قَالَهَا خَوْفًا مِنَ السِّلاَحِ. قَالَ « أَفَلاَ شَقَقْتَ عَنْ قَلْبِهِ حَتَّى تَعْلَمَ أَقَالَهَا أَمْ لاَ ». فَمَازَالَ يُكَرِّرُهَا عَلَىَّ حَتَّى تَمَنَّيْتُ أَنِّى أَسْلَمْتُ يَوْمَئِذٍ. قَالَ فَقَالَ سَعْدٌ وَأَنَا وَاللَّهِ لاَ أَقْتُلُ مُسْلِمًا حَتَّى يَقْتُلَهُ ذُو الْبُطَيْنِ. يَعْنِى أُسَامَةَ قَالَ قَالَ رَجُلٌ أَلَمْ يَقُلِ اللَّهُ {وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ} فَقَالَ سَعْدٌ قَدْ قَاتَلْنَا حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَأَنْتَ وَأَصْحَابُكَ تُرِيدُونَ أَنْ تُقَاتِلُوا حَتَّى تَكُونَ فِتْنَةٌ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizi döyüşə göndərdi. Biz gəlib səhərə yaxın Cuheynədəki Huraqa (qövmünə) hücum etdik. Orada mən kafirlərdən birini yaxaladım. O: “Lə iləhə illəllah!”, – dedi, lakin mən onu vurub öldürdüm. Sonra qəlbimə şübhə düşdü. Mən bu hadisəni Allah Elçisinə ﷺ danışdım. Allah Elçisi ﷺ buyurdu: “O, “lə iləhə illəllah” dediyi halda sən onu öldürdün?!” Mən dedim: “Ey Allahın Elçisi, o, silahdan qorxub belə dedi”. Allah Elçisi ﷺ buyurdu: “Məgər sən onun qəlbini yarıb baxmışdın ki, onun bu sözü (qəlbən) dediyini biləsən?” Allah Elçisi ﷺ bu sözü mənə o qədər təkrar etdi ki, axırda mən öz-özümə: “Kaş ki, mən İslamı bu gün qəbul etmiş olaydım”, – deyə təmənna etdim”. Səd ibn Əbu Vəqqas dedi: “Allaha and olsun, bu yekəqarın – Usamə – (Allaha təslim olmuş) bir kəsi öldürməyincə mən heç vaxt heç bir müsəlmanı öldürməyəcəyəm”. (Bunu eşidən xavaric etiqadlı) bir adam dedi: “Məgər Allah buyurmur: “Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun!” (əl-Ənfal, 39)”. Səd dedi: “Biz vuruşurduq ki, fitnə aradan qalxsın. Sən və sənin yoldaşların isə fitnənin yayılması üçün vuruşursunuz”.”

Usamə ibn Zeyd
Səhih

İstinad

Muslim, 287 (İman, 186)

Səhih Muslim — İman kitabı